bookmate game
Suzanne Collins

Aclıq oyunları

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
Hadisələr qəddar rejimin hökm sürdüyü xəyali Panem dövlətində cərəyan edir. Kapitoli 12 bölgənin əhalisini vəhşicəsinə istismar edir və total qorxu altında saxlayır. Məhz bu məqsədlə mərkəz ildə bir dəfə hər bölgədən bir oğlan və bir qız iştirakçı olmaqla qladiator döyüşləri – aclıq oyunları təşkil edir. Kitabın baş qəhrəmanı Katnis Everden döyüşlərin könüllü iştirakçısıdır: o, püşkə əsasən oyunlara qoşulmalı olan kiçik bacısını əvəz edir. Bu bölgədən olan ikinci xərac – Pita Mellarkla birlikdə Katnis oyunlarda sağ qalmaq və qalib gəlmək üçün yüksək dözüm və iradə göstərməli, güc və ağıl işlətməli olur. Fantastika, macəra və detektiv elementləri ilə zəngin olan roman oxunaqlı dillə və yüksək bədii üslubda qələmə alınıb. Yazıçı əsərində totalitar dövlət nəzarəti və insan azadlığı mövzusunu ustalıqla işləyib.

Amerikan yazıçısı Suzanne Collins 1962-ci il avqustun 10-da ABŞ-nın Konnektikut ştatının Ferfild dairəsinin Sendi Huk kəndində anadan olub. 1991-ci ildən uşaq televiziya veriliş və serialları üçün ssenarilər yazmağa başlayıb. 2003-cü ildə uşaqlar üçün ilk kitabı – “Yeraltı salnamələri” seriyasından “Yerüstü Qreqor” adlı birinci romanı işıq üzü görüb. Collins 2007-ci ilə qədər populyar və oxunaqlı seriyadan daha 4 kitab çap etdirib. 2008-ci ildə “Aclıq oyunları” romanı – eyniadlı trilogiyanın birinci hissəsi çıxıb. Əsər çox qısa müddətdə bestsellerə çevrilib. Növbəti iki il ərzində trilogiyanın daha iki kitabı oxucuların ixtiyarına verilib. “Aclıq oyunları” romanı 2012-ci ildə Suzanne Collinsin öz ssenarisi əsasında ekranlaşdırılıb.
This book is currently unavailable
358 printed pages
Copyright owner
Qanun Nəşriyyatı
Have you already read it? How did you like it?
👍👎

Impressions

  • b5591748606shared an impression7 years ago
    👍Worth reading
    🔮Hidden Depths
    🎯Worthwhile
    💞Loved Up

    Filmini izlemişem ve yeteri qeder superrdir..????

  • Nermin Husseinshared an impression8 years ago

    Katnis

  • b0487476655shared an impression3 years ago
    👍Worth reading
    💩Utter Crap
    💀Spooky
    🙈Lost On Me
    🔮Hidden Depths
    💡Learnt A Lot
    🎯Worthwhile
    💞Loved Up
    🌴Beach Bag Book
    🚀Unputdownable
    😄LOLZ
    💤Borrrriiinnng!
    🐼Fluffy
    💧Soppy

    Çox gözəldir həm PUBG MOBİLE oyunyuram həmdə bu kitapları oxuyuram

Quotes

  • b5100845609has quoted8 years ago
    Bu mövzuda zarafatlaşmağa məcburuq. Yoxsa ümidsizlik və qorxu axırımıza çıxar.
  • b5279858334has quoted4 years ago
    Heç kəsə bu həzzi yaşatmaram.
  • Hacıyeva Mehribanhas quoted4 years ago
    Gözlərimi içində qızların adları yazılmış kağız parçaları olan kürəyə zilləyirəm. Onlardan iyirmisinin üzərində səliqəli xətlə “Katnis Everden” yazılıb.

On the bookshelves

fb2epub
Drag & drop your files (not more than 5 at once)