Yaşıl Mil, Stiven Kinq
az
Books
Stiven Kinq

Yaşıl Mil

Read
Əsər Pol Eskomin dili ilə nəql edilir. Öz cavanlıq illərini xatırlayan Pol haçansa ölüm hökmünün icrasını gözləyən məhkumlar üçün nəzərdə tutulmuş həbsxananın «E» blokunun sabiq baş nəzarətçisi olmuşdur. Onun «qəyyumları» arasında Con adlı nəhəng, safqəlbli bir zənci də var idi. O, iki kiçik qız uşağının qəddarcasına qətlində günahlandırılırdı. Sonradan məlum olur ki, Con bu cinayətdə günahkar deyil. O, sadəcə olaraq, uşaqları xilas etmək istərkən polislər tərəfindən yaxalanmışdır.

«Yaşıl Mil» romanını Stiven Kinq 1996-cı ildə yazmışdı. Kitab ilk nəşrindən sonra «Yaxşı roman» nominasiyasında Brem Stoker mükafatına layiq görülmüşdür. 1999-cu ildə isə bu roman çox uğurla ekranlaşdırılmışdır. «Yaşıl Mil» romanı Kinqin ən yaxşı əsərlərindən sayılır. Çox emosional, mürəkkəb süjet xəttinə və əlvan dekorasiyalara malik olan bu romanda təkcə mistik deyil, eyni zamanda fəlsəfi suallar da öz həllini tapır.
525 printed pages
Copyright owner
Qanun Nəşriyyatı

Impressions

Şəbnəm
Şəbnəmshared an impression3 years ago
👍Worth reading
🎯Worthwhile
💧Soppy

Filmini izlədikdən sonra kitabını əlinə almaq çox çətindir. Sizi bilmirəm, mən filmini izlədiyim əsərin kitabını oxuyarkən əziyyət çəkirəm. Digər kitablardan aldığım zövqü ala bilmirəm qətiyyən. Adam bir növ kor kimi olur. Fantaziyası kilidlənir. Bütün qəhrəmanlar, məkanlar yalnız filmdəki variantları ilə beynində canlanır. Özünə başqa variantlar yarada bilmirsən. Nə qədər istəsən də elə hey filmdəkilər gəlir ağlına.
Filmini izləməmişdən əvvəl oxusaydım personajları özüm yarada bilərdim , görünüşlərini, xasiyyətlərini, baş verən hadisələri təsəvvürümdə istədiyim formada canlandıra bilərdim məsələn.Amma filmə baxdıqdan sonra(yeri gəlmişkən filmə baxanda çox təsirlənmişdim, çox möhtəşəm çəkilib) oxuduğum üçün bütün bu sadaladıqlarımdan da məhrum oldum. Hər səhnədə beynimdə filmdəki obrazlar canlandi.

Filmdən kitaba keçişi qətiyyən bəyənmirəm. Heç tərsini də bəyənmirəm . İndiyə qədər elə bir əsər olmayıb ki, kitabını oxuduqdan sonra filminə baxım və onu bəyənim. Öz fantaziyamı qoyub, hansısa hollywood filminə üstünlük verməyəcəm ki ))
Məsləhətli kitabdır, sadəcə oxuyun)
P.s..kaş ki, əvvəl kitabını oxuyardım deyə təəssüf edirəm hələ də.

M.Vəlizadə
M.Vəlizadəshared an impression2 years ago
👍Worth reading
🚀Unputdownable

Əsər haqqında onu deyə bilərəm ki,əsasında çəkilmiş film də kitabın özü qədər maraqlıdır. Bəzən filmlər çəkirlər ki,kitabın bütün mövzusunu tam başqa səmtə dəyişir və ilkin mənasını itirir. Ancaq Yaşıl Mil filmi və kitabı favori olmağa doğurdan da layiqdir.

b2971235841
b2971235841shared an impression2 years ago
🚀Unputdownable

Oxuduqlarim arasinda en sevidiyim valeh oldugum bir kitab...

Quotes

Gunduz Memmedov
Gunduz Memmedovhas quoted5 years ago
Bred Dolana çox uyğun gələn başqa iki məsəl – atalar sözü olmasa da – var: “Atı çaya sala bilərsən, amma onu su içməyə məcbur edə bilməzsən”
Nurlan Süleymanov
Nurlan Süleymanov has quoted4 years ago
O, qaratoxmaq tuz kimi qara və sizin heç vaxt işləməyə cürət etməyəcəyiniz günah kimi gözəl idi
Mir Ismail Ali
Mir Ismail Alihas quoted4 years ago
Çox vaxt dil insana onun cinsiyyət orqanından daha çox problem yaradır.

On the bookshelves

Azərbaycanca kitablar, Nurcan Rzayeva Qurbanlı
Nurcan Rzayeva Qurbanlı
Azərbaycanca kitablar
  • 539
  • 468
Kino + kitab, Bookmate
Bookmate
Kino + kitab
  • 31
  • 390
Fantastika, Mohtasham Huseynov
Mohtasham Huseynov
Fantastika
  • 12
  • 168
Azərbaycanca ƏDƏBİYYAT, Vusala Mammadova
Vusala Mammadova
Azərbaycanca ƏDƏBİYYAT
  • 351
  • 153
ümumi, Nurlan Xanlarov
Nurlan Xanlarov
ümumi
  • 96
  • 13
fb2epub
Drag & drop your files (not more than 5 at once)