Den Braun

Rəqəmsal Qala

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
  • Bahlul Valiyevhas quoted5 years ago
    o, Stratmora bir neçə söz deməyə macal tapdı, özü də bunu buz sakitliyi ilə tələffüz etdi:

    – Bizim hamımızın öz sirrinin olması hüququ var. Və mən çalışacağam ki, bu hüququ təmin edim
  • Xuraman Memmedovahas quoted5 years ago
    Güc tətbiq etməklə, deyirdi həmin səs, sən müqavi­mətlə üzləşəcəksən. Lakin rəqibləri elə fikirləşməyə məcbur elə ki, sənə xeyirli olsun və onda düşmən yerinə müttəfiqin meydana çıxacaq.
  • Xuraman Memmedovahas quoted5 years ago
    Berqofski prinsipi haqda Syuzan öz karyerasının hələ lap başlanğıcında öyrənmişdi. Bu, “kobud güc” meto­du­nun təməl daşı idi. Stratmor “TRANSTEKST”in yaradıl­ma­sına girişərkən məhz bu prinsiplə ilhamlanırdı. Prinsip birmənalı şəkildə deyir ki, əgər kompyuter kifayət edəcək sayda açarı götür-qoy edərsə, onda riyazi zəmanət vardır ki, o, düzgün olanı tapacaq. Şifrənin təhlükəsizliyi açarın tapılmasının qeyri-mümkün olmasında deyil, insanların əksəriyyətində nə vaxtın, nə də zəruri avadanlığın olma­masındadır.
  • Xuraman Memmedovahas quoted5 years ago
    – Quis custodiet ipsos custodes?
  • Xuraman Memmedovahas quoted5 years ago
    – Ədalət zəfər çaldı, ucuz pyesdə olduğu kimi, .
  • Xuraman Memmedovahas quoted5 years ago
    Cavan kriptoqraf özünü küncə qıs­nadıb, küncə qısnanmış rəqibdən isə hər şeyi gözləmək olar: o, əlacsız­casına və öncədən bilmək mümkün olmayan cür hərəkət edir.
  • Xuraman Memmedovahas quoted5 years ago
    “Keşikçilərə bəs kim ke­şik çəkəcək?”.
  • Xuraman Memmedovahas quoted5 years ago
    Hökümətin ictimai təhlükəsizliyə hədə ehtiva edən informasiyanı toplamaq hüququ olmalıdır
  • Xuraman Memmedovahas quoted5 years ago
    Onu həmişə heyran edirdi ki, hətta fəlakətin astanasında da Stratmor təmkinini və sakitliyini saxlaya bilirdi. Syuzan əmin idi ki, onun karyerasını müəyyən edən və onu hakimiyyətin mərtəbələrinə yüksəldən məhz bu keyfiyyətidir.
  • Xuraman Memmedovahas quoted5 years ago
    O, Yuli Sezarın “kamil kvadra­tın­dan” başladı.

    Sezar, deyə qız izah edirdi, tarixdə şifrə istifadə edən ilk adam idi. Onun qasidləri məxfi məlumatlarla birlikdə düşmənin əlinə keçməyə başlayanda, o, öz sərəncamla­rı­nın şifrələnməsinin primitiv üsulunu fikirləşdi. Sezar na­mələrini elə bir şəkildə dəyişirdi ki, tamamilə mənasız bir şey alınırdı. Amma, aydın məsələdir ki, belə deyildi. Hər bir namə, hansı həcmdə informasiya ötürmək lazım oldu­ğundan asılı olaraq, tam kvadrata bərabər olan sayda – on altı, iyirmi beş, yüz damalı – hərflərdən ibarət olurdu. Se­zar zabitlərə məxfi şəkildə izah etmişdi ki, bu, guya təsa­düfi hərflər dəstini alanda, onlar mətni elə şəkildə yaz­malıdırlar ki, kvadrat təşkil etmiş olsun. Onda, yuxarıdan aşağıya oxuyarkən, gözlərin qarşısında magik surətdə məx­fi namə peyda olurdu.
fb2epub
Drag & drop your files (not more than 5 at once)