Den Braun

Rəqəmsal Qala

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin məlumat bazasına təhlükəli bir virus düşür. Təbii ki, əvvəl heç kim buna ciddi reaksiya vermir. Axı bu superdövlətin bütün gizli sirlərinin toplandığı məlumat bankı dördqat, beşqat kiber­qalxanla müdafiə olunmuşdur. Bu virtual müdafiə qalxanını heç bir virus, heç bir xaker keçə bilməz. Lakin bir neçə saatdan sonra vəziyyət gərginləşir, məlum olur ki, MTA-nın ən məxfi, ən sürətli şifrəaçan kompyuteri yeni, “Rəqəmsal qala” adlı virusun şifrəsini açmaqda acizdir.
Beləcə, bir neçə saat ərzində yeni kompyuter virusu ABŞ Milli Təzlükəsizlik Agentliyinin məlumat bankının müdafiə proqramlarını dağıdır. Əgər müdafiə qatları tam dağılsa, ölkənin cidd-cəhdlə qorunan bütün dövlət sirlərinə milyonlarla insanın əli çatacaq. Buna isə yol vermək olmaz, çünki bu, sözün həqiqi mənasında, fəlakətdir.
Bu məhvedici virusu zərərsizləşdirmək üçün məşhur kriptoqraf Syuzan Fletçer işə cəlb edilir. Paralel olaraq virusu yaradan proqramçının da axtarışlarına başlanılır. Lakin o, çox da uzaqda yox, elə burda, Milli Təhlükəsizlik Agentliyinin içindədir. Bunu anlayan Syuzan isə bu təhlükəli vəziyyətlə üz-üzə qalır…
This book is currently unavailable
437 printed pages
Copyright owner
Qanun Nəşriyyatı
Have you already read it? How did you like it?
👍👎

Impressions

  • Dr.Kazimovshared an impression8 years ago
    👍Worth reading
    🔮Hidden Depths
    💡Learnt A Lot

    Xosum geldi. Kişinin oğlu nece lazimdirsa ele de yazıb....

  • b8677916819shared an impression4 years ago
    👍Worth reading
    🔮Hidden Depths
    💡Learnt A Lot
    🎯Worthwhile
    💞Loved Up
    🚀Unputdownable
    😄LOLZ

    Den Braun yaradıcılığının ilk və möhtəşəm əsəri. Mükəmməl bir yazardan mükəmməl bir əsər.

  • Ruslanshared an impression9 years ago
    👍Worth reading

    Tərcümə bərbad olsa da, əsər gözəldir! Oxumağa dəyər!

Quotes

  • Bahlul Valiyevhas quoted6 years ago
    o, Stratmora bir neçə söz deməyə macal tapdı, özü də bunu buz sakitliyi ilə tələffüz etdi:

    – Bizim hamımızın öz sirrinin olması hüququ var. Və mən çalışacağam ki, bu hüququ təmin edim
  • Xuraman Memmedovahas quoted5 years ago
    Güc tətbiq etməklə, deyirdi həmin səs, sən müqavi­mətlə üzləşəcəksən. Lakin rəqibləri elə fikirləşməyə məcbur elə ki, sənə xeyirli olsun və onda düşmən yerinə müttəfiqin meydana çıxacaq.
  • Xuraman Memmedovahas quoted5 years ago
    Berqofski prinsipi haqda Syuzan öz karyerasının hələ lap başlanğıcında öyrənmişdi. Bu, “kobud güc” meto­du­nun təməl daşı idi. Stratmor “TRANSTEKST”in yaradıl­ma­sına girişərkən məhz bu prinsiplə ilhamlanırdı. Prinsip birmənalı şəkildə deyir ki, əgər kompyuter kifayət edəcək sayda açarı götür-qoy edərsə, onda riyazi zəmanət vardır ki, o, düzgün olanı tapacaq. Şifrənin təhlükəsizliyi açarın tapılmasının qeyri-mümkün olmasında deyil, insanların əksəriyyətində nə vaxtın, nə də zəruri avadanlığın olma­masındadır.

On the bookshelves

fb2epub
Drag & drop your files (not more than 5 at once)