Xırda şeyləri dərd etməyin, Riçard Karlson
az
Books
Riçard Karlson

Xırda şeyləri dərd etməyin

Gul Kerimli
Gul Kerimlihas quoted4 years ago
“Bu dünyada çox böyük işlər görə bilmərik. Amma kiçik işləri böyük sevgi ilə edə bilərik”.
Elşad Əlizadə
Elşad Əlizadə has quoted3 years ago
Həftədə Bir Dəfə Ürəyinizdən Gələn Bir Məktub Yazın

Bu metod bir çox insanın həyatını dəyişdirməsində böyük rol oynamış, onların daha sakit və mehriban olmasına kömək etmişdir. Hər həftə bir neçə dəqiqənizi ayırıb ürəyinizin səsi ilə bir məktub yazmaq sizin üçün də çox faydalı ola bilər. Əlinizə qələm almaq və ya makinanın başına keçmək sürətinizi bir az azaldıb, həyatınızdakı gözəl insanları xatırlamağınıza imkan yaradır. Nəsə yazmaq üçün masanın başına keçmə hərəkəti həyatınızı minnətdarlıqla doldurmağa kömək edir.
Gul Kerimli
Gul Kerimlihas quoted4 years ago
Yeganə edəcəyiniz hərəkət baxışınızı “Niyə mənə bunu edirlər?” sualından “Mənə nə öyrətməyə çalışırlar?” nöqteyi-nəzərinə çevirməkdir.
asdf
asdfhas quoted4 years ago
“Kaş ki, həyatım başqa cür olaydı” deyərək, giley-güzar tələsinə düşməmişdən qabaq özünüzə mane olun və bir daha başlayın.
Sevinc Abbaszadə
Sevinc Abbaszadəhas quoted3 years ago
Özünüzdən soruşmalı olduğunuz ən vacib suallardan biri budur: “Haqlı olmaq istəyirəm, yoxsa xoşbəxt?” Əksər hallarda eyni vaxtda hər ikisini etmək qeyri-mümkündür.
Haqlı olmaq və iddialarımızı müdafiə etmək həm zehni enerjimizin böyük bir hissəsini aparır, həm də həyatımızdakı insanlarla aramızda soyuqluq yaradır. Haqlı çıxmaq ehtiyacı və ya başqasının haqsızlığını sübut etmək arzusu ətrafımızdakı insanları daima müdafiə vəziyyətində olmağa yönəltməklə yanaşı, bizi də təzyiq altında saxlayır. Buna baxmayaraq, çoxumuz (hərdən mən də) öz həqiqətlərimizi, ya da digərlərinin səhvlərini qəbul etdirməyə çalışaraq vaxt və enerji itiririk. Bir çox insan bilə-bilə və ya biixtiyar başqalarının səhv olduğunu sübuta yetirdiyi təqdirdə onların bunu minnətdarlıqla qarşılayacağını, yaxud ən azından, nəsə öyrənəcəklərini güman edir. Bu, çox səhv fikirdir!
Bahlul Hasanli
Bahlul Hasanlihas quoted4 years ago
Con Lennonun bir sözü var: “Həyat biz başqa planlar qurmaqla məşğul ikən baş verənlərdir”.
Sevil Məmmədli
Sevil Məmmədlihas quoted3 years ago
Ağlınızın bir küncündə saxlayın: hər yerdə Tanrının barmaq izi vardır. Nədəsə gözəllik görməməyiniz həmin gözəlliyin olmadığı demək deyil. Sadəcə, biz kifayət qədər diqqət yetirmirik, ya da hadisələrə münasibətimiz yetərli dərəcədə geniş deyildir.
Sureyya İsmayilova
Sureyya İsmayilova has quoted3 years ago
Dəyişdirilməsi mümkün olanları dəyişdirin, elə olmayanları qəbul edin və bunların arasındakı fərqi başa düşəcək qədər ağlınız olsun”.
Sheyla Papatya
Sheyla Papatyahas quoted4 years ago
Bu andan etibarən beş dəqiqə boyunca heç nəyin məni əsəbiləşdirməyinə icazə verməyəcəyəm. Səbirli olacağam.” Nəticə sizi çox təəccübləndirəcək.
Bahlul Hasanli
Bahlul Hasanlihas quoted4 years ago
Həyatın özü bir məktəb, dərsin mövzusu da səbir olur.
asdf
asdfhas quoted4 years ago
Üzünüz güldükcə həyat daha da əyləncəli olacaq
Gul Kerimli
Gul Kerimlihas quoted4 years ago
Xırda şeylərin dərdini çəkmək istəmirsinizsə, mübarizəyə girəcəyiniz sahələri ağılla seçməyiniz çox vacibdir. Buna nail olduğunuz zaman qovğasız-savaşsız günlər də gələcəkdir.
Gul Kerimli
Gul Kerimlihas quoted4 years ago
Əvvəlcə qarşınızdakını başa düşmək — kimin haqlı, kimin haqsız olduğu söhbəti deyildir. Bu, sadəcə, effektiv ünsiyyət yaratmağın əsas fəlsəfəsidir. Bu metoddan istifadə etdiyiniz zaman sizinlə danışan insanların ciddi qəbul olunmaqdan və sözlərinin dinlənilməsindən məmnunluq duyduqlarını görəcəksiniz. Bu da gözəl və sevgi dolu münasibətlər deməkdir.
Ruhengiz
Ruhengizhas quoted2 years ago
Mən demirəm ki, gedin özünüzə problem axtarın. Amma sizə problemlərdən qaçmaq və bunlardan yaxa qurtarmaq üçün vaxt itirməyib, çətinlikləri həyatın qaçılmaz və təbii parçası kimi qəbul etməyinizi məsləhət görürəm. Çox keçmədən yaşamağın mübarizədən rəqsə çevrildiyini görəcəksiniz. Bu qəbuletmə fəlsəfəsi həyata uyğunlaşmağın əsasıdır.
Sureyya İsmayilova
Sureyya İsmayilova has quoted3 years ago
Problemi itələməyə çalışıb müqavimət göstərməkdənsə, onu qucaqlamağı sınaqdan keçirin. Ağlınızda bu problemi ürəyinizin yanına gətirin və özünüzə belə bir sual verin: bu vəziyyət mənə hansı qiymətli dərslər verə bilər? Mənə daha diqqətli və səbirli olmağı öyrədirmi? Bunun acgözlüklə, qısqanclıqla, diqqətsizliklə və ya bağışlama ilə əlaqəsi ola bilərmi? Ya da bunlar qədər başqa güclü amillər? Hal-hazırda həll etməyə çalışdığınız problem nə olursa olsun, böyük ehtimalla içindən nəsə öyrənmək istəyinin də ehtiva olunduğu başqa mötədil yolla yanaşa bilərsiniz.
Mir Ismail Ali
Mir Ismail Alihas quoted3 years ago
Dəyişdirilməsi mümkün olanları dəyişdirin, elə olmayanları qəbul edin və bunların arasındakı fərqi başa düşəcək qədər ağlınız olsun”.
Sevinc Abbaszadə
Sevinc Abbaszadəhas quoted3 years ago
Bəşəriyyətin bütün problemləri insanın təkbaşına bir otaqda səssizcə oturmamağından qaynaqlanır
Nijat Hamidov
Nijat Hamidovhas quoted4 years ago
Yaxşılıq Edin Və Əvəzini Nə İstəyin, Nə Də Gözləyin
Sheyla Papatya
Sheyla Papatyahas quoted4 years ago
Bundan sonra kimsə nə vaxtsa sizə qəribə gələn bir hərəkət etsə, onun davranışının arxasındakı məsumluğu görməyə çalışın. Əgər başa düşməyə hazırsınızsa, bunu görmək çətin olmayacaqdır. Niyyətinin pis olmadığını gördükdən sonra o hərəkət artıq sizi narahat etməyəcək. Başqalarının davranışına əsəbiləşmədiyiniz vaxt isə həyatın gözəlliklərində diqqəti cəmləmək daha asan olur.
Sheyla Papatya
Sheyla Papatyahas quoted4 years ago
• Xırda şeylərin dərdini çəkməyin.
• Çünki bunların hamısı xırda şeylərdir.
Bu fikirləri həyatınıza tətbiq etdikcə daha sakit və sevgidolu bir insana çevriləcəksiniz.
fb2epub
Drag & drop your files (not more than 5 at once)