Professor Douelin başı, Aleksandr Belyayev
az
Books
Aleksandr Belyayev

Professor Douelin başı

Read
1926-cı ildə «Vsemirnıy sledopıt» jurnalında dərc olunmuş «Professor Douelin başı» romanı dərhal oxucuların rəğbətini qazandı. Yazıçının bu ilk irihəcmli əsəri öz dövrü ilə çox gözəl səsləşirdi; çünki bu vaxt alimlər romanda göstərilən, hələlik əfsanə təsiri bağışlayan hadisəylə əlaqədar heyvanlar üzərində elmi tədqiqatlar aparırdılar. 1928-ci ildə Leninqradda təcrid olunmuş bədən üzvlərinin cana gətirilməsi təcrübələri keçirilirdi.
«Leninqrad tibb institutunda romanın qarşıya qoyduğu elmi problem professor və müəllimlərin iştirak etdikləri tələbə mühazirəsində müzakirəyə qoyulmuşdu» – deyə müəllif sonralar xatırlayırdı.
Hələ XIX əsrdə Braun Sekarın apardığı yarıunudulmuş diriltmə təcrübələrindən az adamın xəbəri vardı. Sovet həkimləri Bryuxonenko, Petrov və Çeçulin bu sahədə xeyli sonra işə başladılar.
Kitabın əhatə etdiyi elmi problem professor Neqovskini son dərəcə maraqlandırırdı. Bu həmin o Neqovski idi ki, uzun illərdən sonra dünya təbabətində ilk dəfə olaraq klinik ölüm keçirmiş ağır yaralını diriltmişdi…
176 printed pages
Copyright owner
Qanun

Impressions

günel
günelshared an impression3 years ago
👍Worth reading
💡Learnt A Lot
🚀Unputdownable

Elmi-fantastika janrına aid olanan maraqlı bir kitab idi.

Ruslan Rüstəmzadə
Ruslan Rüstəmzadəshared an impression4 days ago
👍Worth reading
😄LOLZ
💧Soppy

Və ən gözəl yeri:
Kernin kabinetindən atəş səsi eşidildi.

Suleyman Bayramov
Suleyman Bayramovshared an impression10 months ago
👍Worth reading
😄LOLZ

Çox ferqli oxuduqca sıxılmayacağınız bir kitabdır

Quotes

Amina Mamedova
Amina Mamedovahas quoted5 days ago
. «Bütün həyatımı elmə həsr elədim. Qoy elə ölümüm də elmə xidmət etsin. Qəbir evində cəsədimi qurd-quş yeyincə, alim dostumun əli altında olmağı üstün tuturam» – professor Douel belə bir vəsiyyətlə dünyadan köçdü. Mən də meyit üzərində işə başladım. Təkcə ürəyini deyil, loru dildə deyilən tək «ruhunu» da, şüurunu da dirildə bildim. Burada dəhşətli nə var ki? İndiyə kimi insanlar ölümü dəhşətli sayırdılar. Məgər ölüləri diriltmək min illərdən bəri bəşəriyyətin ən böyük arzusu olmamışdırmı?
Ruslan Rüstəmzadə
Ruslan Rüstəmzadəhas quoted6 days ago
— Susmağı bacarırsınızmı? Bütün qadınlar boşboğaz olurlar. Siz qadınsınız — bu heç məni açmır. Siz gözəlsiniz — bu isə daha betər.

— Axı bunun işlə nə əlaqəsi?..

— Çox sıx əlaqəsi var. Gözəl qadın, qadın olduğunu daha çox hiss edir. Bu isə qadına məxsus qüsurlara ikiqat malik olmaq deməkdir. Sizin əriniz, nişanlınız, yaxud da dostluq etdiyiniz bir adamınız ola bilər. Onda bütün sirlər aləmə yayılar.
b1182063986
b1182063986has quoted2 years ago
keçdi, sonra fermer göründü. O, atını suvarmağa aparırdı.
Toma qeyri-adi uca, saxta səslə xırıldadı və birdən çığırdı:
— Lazım deyil! İstəməz!..
Aparatın yanında əlləşən Con işin nə yerdə olduğunu dərhal anlamadı.

On the bookshelves

Azərbaycanca kitablar, Nurcan Rzayeva Qurbanlı
Nurcan Rzayeva Qurbanlı
Azərbaycanca kitablar
  • 539
  • 465
Fantastika, Mohtasham Huseynov
Mohtasham Huseynov
Fantastika
  • 12
  • 168
Azərbaycanca ƏDƏBİYYAT, Vusala Mammadova
Vusala Mammadova
Azərbaycanca ƏDƏBİYYAT
  • 350
  • 153
Uşaqlar bəyənəcək, Leyla Asgarova
Leyla Asgarova
Uşaqlar bəyənəcək
  • 8
  • 92
Ülvinin kitabları, Vusala Mammadova
Vusala Mammadova
Ülvinin kitabları
  • 51
  • 12
fb2epub
Drag & drop your files (not more than 5 at once)