Xalqlar və kütlə psixologiyası, Qustav Lebon
az
Books
Qustav Lebon

Xalqlar və kütlə psixologiyası

Elnur Ibrahim
Elnur Ibrahimhas quoted2 years ago
Bəşəriyyət ölü ideyalardan və ölü tanrılardan daim möhkəm yapışıb, qopmaq bilmir.
Amina Mamedova
Amina Mamedovahas quotedlast month
Vestminsterdə iclaslarda ­iştirak ­etdiyim əlli il ərzində mən, bir çox nitqlərə qulaq asmışam. Həmin nitqlərdən yalnız bəziləri fikrimi dəyişdirməyə məcbur edib, lakin onlardan heç biri qərarımı dəyişdirə bilməyib”.
Amina Mamedova
Amina Mamedovahas quotedlast month
Cazibə hər cür hökmranlığın ən əzəmətli səbəbini təşkil edir; tanrılar, krallar və qadınlar, onsuz heç vaxt hökmranlıq edə bilməzdilər.
Amina Mamedova
Amina Mamedovahas quotedlast month
Zaman yeganə həqiqi yaradıcı və yeganə böyük dağıdıcıdır
Ruslan Rüstəmzadə
Ruslan Rüstəmzadəhas quotedlast month
Öz şəxsi təhlükəsizliklərinə toxuna bilən, həqiqətən cəmiyyət üçün ən təhlükəli sayıla bilən cinayətlərə qarşı amansız olan iclasçılar, böyük həvəsin təsiri altında törədilən cinayətlərə qarşı yumşaq davranırlar. Öz uşağının ölümündə günahlandırılan və yaxud özünü başdan çıxarıb və sonra da tərk edən məşuqunun üzərinə kükürd turşusu tökən qızlara qarşı çox nadir hallarda sərt ola bilirlər. Bütün bu hallarda andlılar, həmin cinayətlərin cəmiyyət üçün elə də böyük təhlükə təşkil etmədiyini instinktiv olaraq başa düşürlər və ölkədə tərk edilmiş, atılmış qızları himayə edən qanunların yoxluğu şəraitində, qisaslarını bu yolla almalarını ziyandan daha çox, faydalı hesab edirlər, belə ki, bunu zərif cinsi özünə məftun edib, sonra da tərk edənlər üçün xəbərdarlıq kimi dəyərləndirirlər.

Ötəri qeyd edək ki, cinayətlər arasındakı bu fərqlər, hansı ki, andlılar instinktiv olaraq müəyyən edirlər, onları cəmiyyət üçün təhlükəli, özləri üçün isə ­təhlükəsiz hesab edirlər, ədalətsiz də hesab oluna bilməz. Cinayətlə bağlı qanunların əsas məqsədi, əlbəttə, cəmiyyəti təhlükəli cinayətkarlardan müdafiə etməkdən ibarətdir, heç cür onlardan qisas almaqdan yox. Amma bizim cinayət məcəllələri, ələlxüsus da hakimlərimiz, hələ də qədim ibtidai hüququn hədəfi ruhuna kökləniblər və “vindicta” (intiqamçı, qisasçı) termini tərəflərindən demək olar ki, hər gün işlədilir.
Amina Mamedova
Amina Mamedovahas quotedlast month
r. Yalan, şübhəsiz, məsumanə, amma bütün hallarda yalandır.
Amina Mamedova
Amina Mamedovahas quotedlast month
Ayrı-ayrı şəxslərin xarakterləri bütün ömrü boyu yalnız romanlarda dəyişilməz qalır; əslində isə mühitin yekrəngliyi xarakterlərin yalnız yekcinsliyi görüntüsünü yaradır. Başqa bir yerdə artıq qeyd etmişdim ki, hər bir mənəvi təşkilat özündə xarakterin müəyyən təmayüllərini daşıyır, ətraf mühitdə qəfil dəyişiklik baş verən kimi, onlar həmin anda öz mövcudluqlarını büruzə verirlər
Amina Mamedova
Amina Mamedovahas quotedlast month
Xoşbəxtlik zahiri şəraitdən çox az asılıdır, o, daha çox ruhumuzun vəziyyətindən asılı olur. Q
Ruslan Rüstəmzadə
Ruslan Rüstəmzadəhas quotedlast month
Kompasını itirmiş və taleyini küləklərin öhdəsinə buraxan gəmi tək müasir insan da özünü məkanlarda hadisələrin taleyinə buraxıb, halbuki o tanrılar tərəfindən məskunlaşdırılmış və hər şeyi düşünən bilik indi oranı səhralığa çevirib. Çox təəssüratlı və olduqca dəyişkən, artıq heç bir maneə tərəfindən qarşısı alına bilməyən kütlə, görünür, ən qudurğan anarxiya ilə ən kobud istibdad arasında daim tərəddüd etməyə məhkum edilib.
Ruslan Rüstəmzadə
Ruslan Rüstəmzadəhas quotedlast month
Bütün canlılarda müşahidə olunan fizioloji qanunlara görə, orqanın yox olmasından ötrü onun yaranışı üçün lazım olandan həmişə son dərəcə az vaxt tələb olunur.
Amina Mamedova
Amina Mamedovahas quotedlast month
natomiya, dillər, mühit, siyasi qruplar təsnifat üçün əsas verə bilməyəndə, bunu bizə psixologiya verir. Sonuncu təsdiq edir ki, hər bir xalqın təsisat, incəsənət, etiqad və siyasi çevrilişlərinin arxasında məşhur əxlaq və intellektual xüsusiyyətləri dayanır, onların təkamülü doğur. Elə bu xüsusiyyətlər də, belə adlandırsaq, yekun olaraq irqin ruhunu formalaşdırır
Ruslan Rüstəmzadə
Ruslan Rüstəmzadəhas quotedlast month
Hər hansı bir xalqın öz təsisatını, etiqad və incəsənətini yaratması üçün o, ilk növbədə, öz ruhunu dəyişməlidir; öz sivilizasiyasını başqasına ötürməsi üçün isə o, həm də öz ruhunu verməyə hazır olmalıdır.
Amina Mamedova
Amina Mamedovahas quotedlast month
Bəşəriyyət ölü ideyalardan və ölü tanrılardan daim möhkəm yapışıb, qopmaq bilmir.
Rashad Gambarov
Rashad Gambarovhas quoted2 years ago
Mən kütləvi təşəbbüslər və böyük ölkənin vətəndaşları tərəfindən sərf edilən şəxsi enerjinin həcmi barədə aydın təsəvvürə malik olmaq istəyənlərə, M.Ruzyenin Birləşmiş Ştatlar haqqında yazdığı kitabı oxumağı tövsiyə edirəm.
Lamiye Bedelova
Lamiye Bedelovahas quoted4 years ago
XALQLARIN
PSİXOLOGİYASI

Giriş

MÜASİR BƏRABƏRLİK İDEYALARI
VƏ TARİXİN PSİXOLOJİ ƏSASLARI

Bərabərlik ideyalarının təşəkkülü və inkişafı. – Onun doğurduğu nəticələr. – Baxın, onun tətbiqi nəyə gətirib çıxarıb. Onun kütlələrə hazırkı təsiri. – Bu əsərdə nəzərdə tutulmuş məsələlər. – Xalqların ümumi təkamülünün başlıca faktorlarının tədqiqi. – Bu təkamül təsisatlardanmı təşəkkül tapır? – Hər bir sivilizasiyanın elementləri özündə ayrılıqda götürülmüş hər bir xalqa xas olan təsisat, incəsənət, etiqad və s. kimi məlum psixoloji əsasları əks etdirirmi? – Tarixdə hadisənin əhəmiyyəti və dəyişilməz qanunlar. – Bəlli subyektdə irsi ideyaların dəyişdirilməsinin çətinliyi.
Xalqları idarə edən təsisatların ideyaları ən uzunmüddətli təkamülə məruz qalırlar. Çox astagəlliklə təşəkkül tapan bu ideyalar, elə tədricən də yoxa çıxırlar. Ağıllı zəkaların aşkar nöqsan kimi qəbul etdikləri həmin ideyalar, kütlə tərəfindən uzun zaman ərzində şəksiz həqiqət kimi qəbul edilir və qara xalq kütləsinə öz təsirini göstərməkdə davam edir. Yeni ideyanı təlqin etmək nə qədər çətindirsə, köhnəsini aradan qaldırmaq da bir o qədər asan deyil. Bəşəriyyət ölü ideyalardan və ölü tanrılardan daim möhkəm yapışıb, qopmaq bilmir.
İbtidai insan tarixinə aid olan və onun ruhi quruluşunun müxtəlifliyini və irsi qanunlarını əks etdirən olduqca cahil ideyalara qarşı şair və filosofların, dünyada insanların və irqlərin bərabərliyi ideyasını ortalığa atmasından, demək olar ki, bir əsr yarım vaxt keçib.
Kütlə üçün çox şirnikləndirici olan bu ideya onların ruhuna çox tezliklə hakim kəsildi və öz bəhrəsini də çox tez verməyə başladı. O, köhnə cəmiyyətin əsaslarını sarsıtdı, ən qorxunc inqilablardan birinə gətirib çıxardı və qərb dünyasında bir sıra güclü qıcolmalar doğurdu və onların sonu hələ də görünmür.
Şübhəsiz, fərdləri və irqləri bir-birindən ayıran bəzi bərabərsizliklər o dərəcədə aşkar idi ki, uğrunda ciddi mübarizə apara biləsən. Lakin adamlar həmin bərabərsizlikləri yalnız verilən tərbiyənin nəticəsi hesab etdiklərindən, bütün insanların eyni cür ağıllı və xeyirxah doğulduqlarını, lakin sonradan onların yalnız müxtəlif təsisatlar tərəfindən korlandıqlarını düşünərək, çox tez sakitləşirdilər. Buna qarşılıq olan çox sadə vasitə var idi: təsisatlar qurmalı və bütün adamlara eyni tərbiyə verməli. Beləliklə, təsisatlar və maarifləndirmə, müasir demokratiyanın məşhur sehrli iksirinə – böyük prinsiplər üçün alçaldıcı olan bərabərsizlikləri aradan qaldıran, müasirliyin tək ilahi vasitəsinə çevrilmişdi.
Buna baxmayaraq, elmin ən yeni nailiyyətləri eqalitar nəzəriyyələrin əhəmiyyətsizliyini üzə çıxardı və təsdiq etdi ki, keçmişdə insanlar və irqlər arasında yaradılan əqli uçurum, yalnız irsən toplanmışlarla, özü də tədricən doldurula bilər. Müasir psixologiya sərt təcrübə dərsləri ilə birlikdə göstərdi ki, məşhur şəxslər və məşhur xalqlardan ötrü uyğunlaşdırılmış tərbiyə ­sistemi və təsisatlar, digərləri üçün çox ziyanlı ola bilər. Lakin özləri tərəfindən dünyada dövriyyəyə buraxılmış ideyaların uydurma olduğuna əminlik yarandıqda, filosoflar onları dövriyyədən çıxarmaq səlahiyyətinə malik olmurlar. Həmin ideyalar yatağından çıxmış çaya bənzər, heç bir bənd onun qarşısını saxlaya bilməz, ideya dağıdıcı, nəhəng və dəhşətli axın olaraq davam edər.
Və baxın, ideyalar necə məğlubedilməz gücə malikdirlər! Nə bir psixoloq, nə bir mədəni dövlət insanı və xüsusilə – nə də hər hansı bir səyahətçi tapa bilməzsən ki, dünyanın altını üstünə çevirmiş, Avropada nəhəng inqilablara gətirib çıxarmış və Amerikada Cənub Ştatlarını Şimali Amerika İttifaqından ayırmaq uğrunda qanlı müharibəyə sövq etmiş insanların bərabərliyi anlayışının nə qədər yalançı, xəyali olduğunu başa düşməsin; bizim təsisatlar və tərbiyənin, ibtidai xalqlar üçün nə qədər məhvedici olduğunu inkar etməyə heç kimin mənəvi haqqı yoxdur. Bütün bunlarla yanaşı, bir adam da tapa bilməzsən ki, –
Amina Mamedova
Amina Mamedovahas quotedlast month
İdrak, təcrübə, təşəbbüs və xarakter – həyatda uğur qazanmağın şərtləri bunlardır; kitablar isə bunu vermir. Kitablar – lüğətlər, məlumat toplamaq üçün çox faydalıdır, amma onlardan uzun çıxarışları yaddaşda saxlamaq tamamilə faydasızdır!
Amina Mamedova
Amina Mamedovahas quotedlast month
Şüurluluq səviyyəsinə görə bir-birinə tamamilə bənzəməyən adamlar, oxşar ehtiraslar, instinktlər və hislərə malik ola bilirlər; hislər, din, siyasət, əxlaq, bağlılıq və antipatiya və s. gəldikdə, ən görkəmli adamlar belə, adi fərdlərin səviyyəsindən çox nadir hallarda üstün ola bilirlər. Məşhur riyaziyyatçı ilə çəkməçi arasında intellektual həyat nöqteyi-nəzərindən böyük uçurum mövcud ola bilər, amma xarakter baxımından aralarında çox vaxt heç bir fərq olmur və ya çox kiçik fərq ola bili
Polad İbrahimov
Polad İbrahimovhas quotedlast month
hər bir xalq layiq olduğu hakimiyyət formasını haqq edir
Amina Mamedova
Amina Mamedovahas quotedlast month
Hər yerdə hüdudsuz eqoizm inkişaf edir. Nəhayətdə, hər kəs sonda yalnız özü ilə məşğul olmağa başlayıb. Vicdan çox üzüyola olub, ümumi əxlaq aşağı düşür və tədricən sönür. İnsan öz üzərində hakimiyyəti itirməyə başlayır. O, daha özünü idarə edə bilmir; özünü idarə edə bilməyənlər isə çox tezliklə başqalarının hökmranlığı altına düşürlər.
Amina Mamedova
Amina Mamedovahas quotedlast month
Müasir əsrin ən böyük səhvlərindən biri – insan qəlbinin xoşbəxtliyi yalnız zahiri şeylərdə tapa biləcəyinə dair inamdır. O bizim özümüzdədir, öz tərəfimizdən yaradılıb, amma heç vaxt – bizdən kənarda olmayıb.
fb2epub
Drag & drop your files (not more than 5 at once)