Geyşanın memuarları, Artur Qolden
az
Books
Artur Qolden

Geyşanın memuarları

Rasulzade Rasulzade
Rasulzade Rasulzadehas quotedlast year
insan ailəsini və evini itirməkdənsə, qollarını və ayaqlarını itirsə yaxşıdır.
Həmidə Məcidli
Həmidə Məcidlihas quoted3 years ago
– Mən nə isə uğrunda mübarizə aparanda heç vaxt insanı məğlub etmirəm. Mən həmişə onun əminliyini məğlub edirəm. Tərəddüd edən beyin heç vaxt fikrini qələbəyə cəmləyə bilməz.
Aynure Feyziyeva
Aynure Feyziyevahas quoted3 years ago
Bədbəxtlik güclü küləyə oxşayır. Mən demirəm ki, o, bizi öz yolumuzdan sapdırır. O, əynimizdəki paltarı çıxarır və biz görünmək istədiyimiz kimi yox, əslində, olduğumuz kimi görünürük
Sevinc Cəbiyeva
Sevinc Cəbiyevahas quoted2 years ago
Tərəddüd edən beyin heç vaxt fikrini qələbəyə cəmləyə bilməz.
Sevinc Cəbiyeva
Sevinc Cəbiyevahas quoted2 years ago
– Bu dünyada heç birimizə layiq olduğumuz qədər xeyirxahlıq bəxş olunmur, –dedi və baxışı ilə mənə hiss etdirdi ki, onun dedikləri barədə yaxşı düşünməliyəm.
Aysel Quliyeva
Aysel Quliyevahas quoted3 years ago
Xəyallar çox təhlükəli şeydi: onlar əvvəlcə insanın qəlbini közərdir, daha sonra isə alova çevrilib bütünlüklə cənginə alır.
Həmidə Məcidli
Həmidə Məcidlihas quoted3 years ago
Əgər anam sağ olsaydı, mən həyat yoldaşı və ana ola bilərdim, okeanın sahilində bir yerdə yaşayar və Kiyotonu balıq ticarəti ilə məşğul olunan uzaq bir yer kimi təsəvvür edərdim.
Həmidə Məcidli
Həmidə Məcidlihas quoted3 years ago
Ataların öz qızlarını satmadığı bu dünyada mənə insan kimi yanaşdılar.
Sara Sara
Sara Sarahas quoted5 years ago
n sizə deyirəm:

– O insanla qarşılaşdığım gün həyatımın ən yaxşı və ən pis günü idi.

Güman edirəm ki, bundan sonra siz fincanınızı yerə qoyub soruşmalısınız:

– Bəs, əslində, necə idi? Ən yaxşı, yoxsa ən pis? Yəqin ki, eyni vaxtda həm ən yaxşı, həm də ən pis ola bilməzdi.

Əlbəttə, bu, mənə də qəribə gələrdi, ancaq nə qədər paradoksal səslənsə də, doğrudan da, Tanaka İçiro ilə qarşılaşdığım gün həyatımda ən yaxşı və ən pis gün oldu. Cənab Tanaka mənə elə qeyri-adi görünmüşdü ki, onun əllərindən yayılan balıq qoxusu da mənə ətir iyi kimi gəlmişdi. Əminəm ki, əgər o zaman onunla qarşılaşmasaydım, mən heç vaxt geyşa olmazdım.

Mən Kiyotoda geyşa olmaq üçün doğulub tərbiyə almamışdım. Mən heç, ümumiyyətlə, Kiyotoda doğulmamışdım. Mən Yapon dənizi sahillərində yerləşən Yorido adlı kiçik bir şəhərcikdə yaşayan balıqçının qızıyam. Bütün ömrüm boyu Yorido barədə, doğulub boya-başa çatdığım ev, atam, anam və böyük bacım haqqında yalnız bir neçə adama danışmışdım. Ancaq necə geyşa olduğum və geyşa olmağın necəliyi barəsində hələ heç kimə danışmamışam.

Çoxları güman edirdilər ki, yəqin, mənim anam, nənəm geyşa olub və ayağım yer tutandan mənə rəqs etməyi öyrədiblər. Yeri gəlmişkən, bir neçə il bundan əvvəl Yoridoya yaxın vaxtlardakı səfərindən danışan bir cənaba sake süzürdüm. Bilirsiz, o an özümü okeanın o tayından uçub gəlmiş və onun yuvasının harada yerləşdiyini tanıyan adamla qarşılaşmış quş kimi hiss etdim. Təəccübdən özümü saxlaya bilməyib qışqırdım:

– Yorido! Mən orada böyümüşəm.

Yazıq cənab! Onun üzündə müxtəlif hisslərin elə bir qamması yarandı ki! Sözlərim onu bərk elə heyrətləndirmişdi,ki, o gülümsəməyə çalışdı, ancaq bu, onda alınmadı.ona çox çətinliklə başa gəldi

– Yorido? – o, bir daha soruşdu. – Ola bilməz!

Mən təbəssümümün üzərində işləyib “No təbəssümü” adını verdiyim bir gülüş təkmilləşdirmişdim. Bu təbəssüm donuq cizgiləri ilə hər kəsin istədiyi kimi şərh edə bildiyi No maskalarını xatırladırdı. İndi təsəvvür edin ki, mən nə qədər tez-tez onun üstünlüklərindən istifadə edirdim. Mən elə indi də ondan istifadə etməyi qərara aldım və bu, işə yaradı. Cənab dərin bir nəfəs alıb sake dolu fincanı başına çəkdi.

– Əladır! – deyə uca səslə dilləndi və güldü. – Sən o Yorido adlı xarabalıqda böyümüsən. Bu, vedrədə çay dəmləmək kimi bir şeydir.
aydanyusifova90
aydanyusifova90has quoted3 days ago
İndi bilirəm ki, dünyamız okeanın üzərində şahə qalxan dalğa qədər qeyri-sabitdir. Hər necə olsa, qələbələrimizi və məğlubiyyətlərimizi layiqincə yaşamalıyıq, çünki tezliklə yeni bir dalğa qalxacaq, lakin bu artıq yeni bir hekayə
olacaq
rzaevs
rzaevshas quoted4 months ago
İndi bilirəm ki, dünyamız okeanın üzərində şahə qalxan dalğa qədər qeyri-sabitdir. Hər necə olsa, qələbələrimizi və məğlubiyyətlərimizi layiqincə yaşamalıyıq, çünki tezliklə yeni bir dalğa qalxacaq, lakin bu artıq yeni bir hekayə
olacaq.
rzaevs
rzaevshas quoted4 months ago
yarpaqların öz ağaclarını tərk etdikləri kimi, təbii olaraq o da uzun həyatının sonunda məni tərk
edib getdi.
rzaevs
rzaevshas quoted4 months ago
, mənimlə birlikdə olmayan və ya dünyalarını dəyişən insanlar o kişinin danışdığı kimi mənim daxilimdə yaşamağa davam edirlər. Mənə elə gəlirdi ki, mən onların hamısını içimə axıtmışam
rzaevs
rzaevshas quoted4 months ago
Ağrıdan azad olmamış onun barəsində sakit və xoş məramla danışmaq çox çətindir.
rzaevs
rzaevshas quoted4 months ago
mənimlə birlikdə olmayan və ya dünyalarını dəyişən insanlar o kişinin danışdığı kimi mənim daxilimdə yaşamağa davam edirlər. Mənə elə gəlirdi ki, mən onların hamısını içimə axıtmışam
rzaevs
rzaevshas quoted4 months ago
O danışırdı ki, çox sevdiyi həyat yoldaşı, əslində, ölməyib, çünki onunla birlikdə yaşanan günlərin sevinci hələ də onun qəlbindədir
rzaevs
rzaevshas quoted4 months ago
Biz hər zaman bizi tərk edənlərdən nə isə bir xatirə saxlamalıyıq.
rzaevs
rzaevshas quoted4 months ago
Bəzən, bir müddət Sədr barədə düşünməməyə nail olanda mənə elə gəlirdi ki, içimdə bir çuxur əmələ gəlməyə başlayır.
rzaevs
rzaevshas quoted4 months ago
Onunla bağlı hətta ən kiçik bir fikir məni öz arxasınca çox uzaqlara aparırdı.
rzaevs
rzaevshas quoted4 months ago
Xahiş edirəm, gələn dəfə sənin cavabını gözləyərkən özümü doğramamış dillən
fb2epub
Drag & drop your files (not more than 5 at once)