Şah ve sultan, İskender Pala
az
Books
İskender Pala

Şah ve sultan

Read
“Şah və Sultan” romanı Türk dünyasının qaranlıq və faciəvi tarixinin bədii-estetik təqdimatı olmaqla bərabər, həm də dramatik, lakin işıqlı Sevgi dünyasının təqdimatıdır. Elə bir dünya ki, orada şah və sultan, müsəlman və xristian, sünni və şiə ayrı-seçkiliyinə yer yoxdur. Yazıçı romanın ilk cümlələrindən buna işarə edir: “Ey yolçu, sevgiyə doğru get, ta ki həqiqətə çatasan!”. Bu kəlamı Xətainin misraları ilə tamamlamaq olar: “Həqiqət bir gizli sirdir, aça bilərsənsə, gəl bəri!”
368 printed pages
Copyright owner
Qanun

Impressions

Shura Verjenskaya
Shura Verjenskayashared an impression2 years ago
👎Give This a Miss

Sevmedim. Bizim Shahimiz bele olmayib.

Özkan Çeltek
Özkan Çeltekshared an impression4 years ago
👍Worth reading
🚀Unputdownable

Güzeldi

Nizami Əlisoy
Nizami Əlisoyshared an impression4 years ago
👎Give This a Miss

Pis deyil.

Quotes

Shura Verjenskaya
Shura Verjenskayahas quoted2 years ago
Bütün müharibələr əvvəl-axır danışıq və barışıqla bitir. Zəfərlə tamamlanan bütün savaşların qalibi və məğlubu olur. “Şah və Sultan” romanının onurğasını təşkil edən Çaldıran cənginin isə qalibi yoxdur. İki qardaş bir-birini boğazlayanda ölən də, öldürən də qardaş olur. Romanda Osmanlı sarayındakı sünni Can Hüseynlə Səfəvi sarayındakı şiə Ağa Həsənin əkiz qardaş və birinin ölümünün digərinin əlindən olması məhz bu faciənin rəmzidir. Xüsusən, hadisələrin gedişində bu əkiz qardaşların bir-birini əvəzləməsi məqamı uğurlu bədii tapıntıdır. Aydındır ki, qardaş qırğınında qalibdən və qalibiyyətdən bəhs etmək otaq dilimiz adına faciə, dinimiz naminə günahdır.
b3439814626
b3439814626has quoted2 years ago
Qurdlarım, igidlərim!... Bu gün sizə deyəcəklərimi heç deməmək istərdim, amma inciyəm, çox inciyəm, elə buna görə, hər nə ki, deyəcəyəm, diqqətlə dinləyin. Mən ki, Sultan Səliməm!... Və siz ki, Sultan Səlim əsgərlərinsiniz!... Əgər düşmənimiz Şah İsmayıl əsgərini belə bir yola salsa, onlar şahları üçün coşub-daşan selə, yanan oda heç etiraz eləmədən girərdilər. Şah: “Kəs!” – desə, uşaqlarını öz əlləri ilə kəsər, Şah öl desə, min dəfə dirilib yenidən ölərdilər. Siz isə qərar vermək haqqını əvvəlcədən mənə versəniz də indi məqsədimizə mane olur, otağıma ox atır, güllə sıxırsınız. Soruşuram sizdən, qulluq törəsi budurmu: igidlik adəti budurmu?!... Sultana bağlılıq iddiası yalnız sözdədirmi?!... Arvad-uşaq dərdi və narahatlığı ilə əli-qolu bağlı olanlar, evlərində rahat döşəklərini düşünənlər!... Bu da yol, geri getsinlər və döşəli otaqlarında rahatlansınlar. Biz bu qədər yolu məqsədimiz hasil olmadan qayıtmaq üçün gəlmədik. Biz hələ də nəzərdə tutduğumuz yerə girmədik, düşmənlə qarşılaşmadıq, qayıtmaq ehtimalımız yoxdur,
kitabsever
kitabseverhas quoted3 years ago
Cəfər Çələbi onu bütün bəlalardan qoruyan ikinci nikahlı əridir.

Sultan Taclıya dəli kimi aşiq olduğunu, hər an vüsalını istədiyini onun gözəlliyini vəsf edən qəzəllərində dilə gətirsə də, real həyatda Bəhruzədən uzaq dayanır. Gücü-qüdrəti ilə aləmi lərzəyə salan bu “aslanı”, özünün də bir qəzəlində etiraf etdiyi kimi, “bir gözləri ahu zəbun edir”. Lakin ölüm döşəyində belə, Sultan Taclının gələcək taleyinə biganə qalmır. Onun Təbrizə aparılmasını tənbehləyir.

Şah İsmayıl bir tərəfdən “isməti ayaqlar altına düşdüyü” üçün Taclını öldürməyə İstanbula muzdlu qatil göndərir. Digər tərəfdən

On the bookshelves

Azərbaycanca kitablar, Nurcan Rzayeva Qurbanlı
Nurcan Rzayeva Qurbanlı
Azərbaycanca kitablar
  • 539
  • 465
Azərbaycanca ƏDƏBİYYAT, Vusala Mammadova
Vusala Mammadova
Azərbaycanca ƏDƏBİYYAT
  • 350
  • 153
Müasir türk ədəbiyyatı, Sayalı Bahar
Sayalı Bahar
Müasir türk ədəbiyyatı
  • 14
  • 136
Oruc tutan oxucular üçün, Bookmate
Depo 1, Tural H
Tural H
Depo 1
  • 55
  • 11
fb2epub
Drag & drop your files (not more than 5 at once)