Alan ve Barbara Piz

  • Aytekin Hesenovahas quoted2 years ago
    Qadın beynində başqalarının davranışını qiymətləndirməyə xidmət edən 14-16 zona var, kişi bey­nində bu zonaların sayı 4-6-dır.
  • Ayaşhas quoted2 years ago
    Yuxarı statuslu adamlar həmişə soyuqqanlı görünməyə, hisslərini gizlətməyə çalışırlar.
  • Yegana_Lhas quoted2 years ago
    Xüsusi münasibətiniz olmayan adamla tək əllə salamlaşın.
  • Şafa Azizhas quotedlast year
    MRT (Maqnetik Rezonans Tomoqrafiya)
  • Şafa Azizhas quotedlast year
    Məsələn, baş qaşımağın müxtəlif səbəbləri ola bilər; adam başını tərləyəndə, kəpək çox olanda, başına bit düşəndə, həm də nəyisə unudanda, nəyəsə arxayın olmayanda, qə­rar­sızlıqdan əziyyət çəkəndə, ya da yalan danışanda qa­şıyır. Bu qaşınmanın əsl səbəbini o biri jestlərə də diqqət etsəniz, tapa bilərsiz.
  • Şafa Azizhas quotedlast year
    Tənqidi yanaşmanın əsas göstəricisi əl-üz jestidir: şə­hadət barmaq yanağı göstərir, baş barmaq çənəyə dayaq durur, o biri barmaqlar ağzı “bağlayır”. Bu insanın eşitdiklərilə razılaşmadığını dəqiqləşdirmək istəyirsizsə, aşağı baxın. Ayaqlar bir-birinin üstə aşırılıbsa, o biri qol bədəni örtürsə (müdafiə), baş aşağıdırsa (neqativ/düşmən) cümlə təxminən belədir: “Sizinlə razı deyiləm”, ya da “Sualınız heç xoşuma gəlmədi”, yaxud “Mən öz neqativ hisslərimi gizlətməyə çalışıram”.
  • Şafa Azizhas quotedlast year
    Bütün jestlərə kontekstə uyğun baxılmalıdır. Məsələn, əgər biri qollarını sinəsində çarpazlayıb, ayaqlarını bir-birinin üstünə aşırıb, başını da aşağı sallayıbsa və siz bu adamı soyuq bir gündə, avtobus dayanacağında görürsünüzsə, onun kimdənsə deyil, soyuqdan müdafiə olunduğunu anlayacaqsız. Yox, əgər bu adam sizin qarşınızda əyləşibsə və siz ona məhsul, ya da xidmət təklif edirsizsə, özünüzü yormayın, bu adam sizin təklifinizi rədd etmək niyyətindədir.
  • Fexreddinhas quoted2 years ago
    ....................................................................

    Yaş artdıqca insan ciddiləşir.

    Bir adam gündə orta hesabla 15 dəfə gülür.

    Məktəbəqədər uşaqlar gündə 400 dəfə gülə bilərlər.
  • Fexreddinhas quoted2 years ago
    güləndə beynimiz endorfin buraxmağa başlayır, bu maddə bütün bədənə işləyir və eyforiyaya səbəb olur, bizə elə gəlir ki, uçuruq. Narkotik aludəçiləri də zəhərin qəbulundan sonra özlərini bu cür hiss edirlər. Həyatda gülmək üçün səbəbi olmayan, gülə bilməyən adamların narkotiklərə, ya da içkiyə qurşanmasını belə izah etmək olar. Alkoqol beyindəki əngəlləri boşaldır və adam gülə bilir, nəticədə beyin “həzz hormonu” – endorfin buraxmağa başlayır.
  • Fexreddinhas quoted2 years ago
    Ağır və təmkinli adamların çoxu içkidən sonra gülür, özünü bədbəxt hesab eləyən adamlar bir az da ruhdan düşür, hətta qəzəbli və aqressiv olurlar.
fb2epub
Drag & drop your files (not more than 5 at once)