Kiməsə yaxşılıq edən zaman edin getsin; içinizdə çox xoş bir rahatlıq hiss
edəcəksiniz (əgər öz daxilinizdə kifayət qədər sakitsinizsə). Eynilə aktiv məşqin beyninizə
endorfin göndərərək sizi fiziki cəhətdən rahatlatdığı kimi, sevgi dolu yaxşılıqlarınız da bunu mənəvi cəhətdən yerinə yetirir. Mükafatınız o anda yaxşılıq etdiyinizi bilməyin sizə
verdiyi gözəl hisslərdir. Əvəzində heç nə, hətta təşəkkür də lazım deyil. Üstəlik yaxşılıq etdiyiniz adamın bunun sizdən gəldiyini bilməsi də zəruri deyil.