İnsanlar həmişə öz hisslərini ifadə etməyə can atırlar, lakin əksəriyyəti buna qadir deyildir. Onlar bunu başqalarına həvalə edirlər. Bax, o zaman istedad onların köməyinə gəlir. Biri bəşəri arzuları musiqidə, o birisi şeirdə, üçüncüsü isə dramda ifadə edir. Bəzən isə təbiət bütün hissləri insanın üzündə cəmləşdirir. O, üzü bütün insan meyllərinin ifadəçisi edir.