Nikolay Pavlenko

Books

Quotes

b4354837047has quoted2 years ago
Sofyanın yeddiillik hakimiyyət dövrü başladı. Sofyanın məşuqu knyaz Vasili Vasilyeviç Qolitsın hökumətin başçısı oldu. O, müasirlərin arasında zəngin mütaliəsi ilə xarici dilləri bilməsi ilə fərqlənirdi. Onun pərəstişkarlarından biri knyaz haqqında belə demişdi: O, “çox yaxşı və dərin zəkalı bir şəxsiyyət idi, hamının sevimlisi idi”. Posol prikazının rəhbəri olan Qolitsın 1686-cı ildə Polşa ilə əbədi sülh bağladı. Müqavilə Kiyevin Rusiya ilə birləşdiyini təsdiq etdi. Bu, xarici siyasətdə qazanılmış çox böyük müvəffəqiyyət idi.
b4354837047has quoted2 years ago
Rusiya Kiyevi əldə etməsinin müqabilində Türkiyə əleyhinə birliyə (həmin birliyə Polşa, Avstriya və Venesiya daxil idilər) qoşulmağı və Krım tatarlarına qarşı yürüşlər keçirməyi öhdəsinə götürdü.
b4354837047has quoted2 years ago
Pyotr məktublarında “dəstəyə” mənsub şəxslərə təklifsiz müraciət edirdi, həm də bu təklifsizliyin ünvan sahibi ilə yaxınlıq dərəcəsini əks etdirirdi.
fb2epub
Drag & drop your files (not more than 5 at once)