bookmate game
az

Onore de Balzak

  • Sevahas quoted2 years ago
    Cənab Voke onunla pis rəftar etmişdi, yalnız ağlamaq üçün göz, yaşayıb dolanmaq üçün ev, bir də heç kəsin dərdinə və fəlakətinə mərhəmət bəsləmək haqqını qoyub getmişdi; madam Vokenin sözlərindən belə məlum olurdu ki, insanın dözə biləcəyi hər dərdə dözmüş, hər fəlakətin üzünü görmüşdü.
  • Sevahas quoted2 years ago
    Görəsən, bu məxluqun qadın cizgilərini hansı bir turşu zəhərləmişdir? Günahmı, fəlakətmi, yoxsa xəsislikmi? Bəlkə bu qadın məhəbbət nəşələrindən sui-istifadə etmiş, bəlkə köhnə paltar alıb-satmaqla məşğul olmuş, bəlkə də, sadəcə bir kurtizanka olmuşdur? Bəlkə də nəşələri sel kimi özünə cəlb edən küstax gəncliyin zəfərlərini o, yolçuları belə özündən qaçmağa məcbur edən qocalığı ilə bağışlatmağa çalışırdı? İndi onun boş və mənasız baxışlarından soyuqluq yağır, görkəmsiz simasında hədə-qorxu hiss olunurdu. Onun incə səsi qış ərəfəsində kol-kos arasında gizlənmiş cırcıramanın cırıltısına bənzəyirdi.
  • Sevahas quoted2 years ago
    Bəzəkli, dəbdəbəli Paris bu mənəvi, yaxud cismani iztirablardan üzü saralmış insanları tanımır. Lakin Paris həqiqətən okeana oxşayır. Bu okeana lot ata bilərsiniz, lakin onun dərinliyini müəyyənləşdirə bilməzsiniz.
  • Sevahas quoted2 years ago
    qadının gözəlliyi bəzəkdə olduğu kimi, şeriyyəti də onun ruhi qidasındadır.
  • Sevahas quoted2 years ago
    gün yoxsul olan bir qız, sabah varlı gəlin ola bilərdi.
  • Sevahas quoted2 years ago
    bu gün yoxsul olan bir qız, sabah varlı gəlin ola bilərdi.
  • Sevahas quoted2 years ago
    Bəlkə də bəzən insanlar birlikdə yaşadıqları şəxslərin hüsn-rəğbətini heç bir şeylə qazanmaq iqtidarında olmadıqlarından, onların qarşısında qəlblərindəki boşluğu göstərdikdən sonra ətrafında dolaşan şəxslərin haqlı olaraq gizlicə ciddi bir hökm verdiklərini hiss etməyə başlayırlar. Lakin bu cür insanlar eyni bir zamanda öz haqlarında tərif eşitməyə dərin ehtiyac duyurlar. Bu tərifi isə kimsə söyləmir, yaxud onlar həqiqətdə mövcud olmayan fəzilətlərini göstərmək üçün ehtiraslı arzularla çırpınır, can atırlar və bunun yad adamların gözündən düşmək təhlükəsinə baxmayaraq, onların məhəbbətini, yaxud hörmətini qazanmağa çalışırlar. Nəhayət, öz təbiətləri etibarı ilə xudpəsənd şəxsiyyətlər də var: onlar nə öz yaxın adamlarına, nə öz dostlarına heç bir yaxşılıq etməzlər, çünki bu yaxşılıq yalnız onların borcudur: əgər onlar tanımadıqları adamlara yaxşılıq edirlərsə, bununla yalnız öz qiymətlərini yüksəltmiş olurlar; buna görə yaxın adamlar dairəsi daha yaxın olduqca, onları az sevirlər. Öz adamlarından nə qədər uzaq olarlarsa, o qədər də onlara artıq xidmət göstərməyə çalışarlar. Mahiyyətcə xırdaçı, yalançı və mənfur olan bu insan təbiətləri, heç şübhəsiz, madam Vokenin simasında birləşmişdi.
  • Sevahas quoted2 years ago
    İnsan qəlbi könül münasibətlərinin zirvələrinə yüksəldiyi zaman ara-sıra yorğunluğunu alır, lakin kinli hisslərin ağır enişi ilə enərkən gec-gec dincəlir.
  • Sevahas quoted2 years ago
    Kiçik qəlbli insanlar öz pis, yaxud yaxşı ehtiraslarını xırdaçılıqla təmin etməyə çalışarlar
  • Sevahas quoted2 years ago
    Yalnız adamların ən alçaq sifətlərindən biri öz mənəvi yoxsulluqlarını başqalarına aid etməkdir
fb2epub
Drag & drop your files (not more than 5 at once)