az

Stiven Kovi

  • b0243517221has quoted2 years ago
    ünsiyyət bacarığı yoxdur, bu da öz
  • abbasovkamranhas quoted2 years ago
    Bu və ya digər problemlə qarşılaşarkən biz tez-tez ittiham etmək üçün obyekt axtarırıq. Adamlar həmişə özlərini qurban kimi göstərməyə çalışırlar. “Əgər rəisim belə səfeh olmasaydı, hər addımıma nəzarət etməsəydi... əgər belə kasıb doğulmasaydım... əgər başqa bir yerdə yaşasaydım... əgər atamın bu xarakteri mənə keçməsəydi... əgər uşaqlarım sözə baxan olsaydı... əgər o biri şöbə sifarişləri qarışıq salmasaydı... əgər bizim sahəmiz belə acınacaqlı vəziyyətdə olmasaydı... əgər əməkdaşlarımız belə tənbəl və süst olmasaydı... əgər arvadım mənə bir az daha anlayış göstərsəydi... əgər... əgər...”. Biz öz problemlərimizdə hər kəsi və hər şeyi ittiham etməyə adət etmişik və bu bizə müvəqqəti yüngüllük gətirir, amma bu mövqe eyni zamanda bizi həmin problemlərin özünə bağlayır.
  • abbasovkamranhas quoted2 years ago
    Prinsip: sağlam orqanizmin fəaliyyəti üçün qəbul olunmuş universal prinsiplərə uyğun yaşayış tərzi keçirməklə xəstəliyin qarşısının alınması.
    Ağıl
    Kütləvi mədəniyyət: televiziya verilişlərinə baxmaq; “məni əyləndirin” məqsədi.
    Prinsip: daimi və ciddi mütaliə; fasiləsiz öz təhsilini artırmaq.
    Ürək
    Kütləvi mədəniyyət: şəxsi, eqoist maraqlarını təmin etmək üçün başqa adamlarla olan qarşılıqlı əlaqələrindən istifadə etmək.
    Prinsip: diqqətlə və hörmətlə dinləməkdən, başqalarına xidmət etməkdən maksimum dərəcədə məmnun olmaq və sevinmək.
    Ruh
    Kütləvi mədəniyyət: getdikcə daha çox yayılan ateizm və sinizmə tabe olmaq.
    Prinsip: mənim şəxsi inamıma görə, təbii qanunlar Allahdan gəlir və ideal prinsip olan bu qanunları həyatın mənasını dərk
  • abbasovkamranhas quoted2 years ago
    dərk etmək üçün mənbə hesab etməliyik
  • abbasovkamranhas quoted2 years ago
    iqmalion effekti”ni, həmçinin qavrayışımızın beynimizdə nə qədər dərindən kök saldığını öyrənməyə sövq etdi. Mən başa düşdüm ki, biz təkcə ətrafımızdakı aləmə diqqətlə baxmalı deyilik, biz həm də bu aləmə baxdığımız “prizma”ya diqqətlə nəzər salmalıyıq, çünki məhz bu “prizma” dünyanı necə qavradığımızı müəyyən edir.
  • abbasovkamranhas quoted2 years ago
    Başa düşdük ki, bizə təkan verən sosial motivlər bizim dərin daxili dəyərlərimizə tamamilə uyğun gəlmir və bu, bizim üçün “oğlumuza qarşı şərti sevgi”yə, onun üçünsə “öz ləyaqətinə inamını itirməyə” aparıb çıxara bilər. Ona görə də qərara aldıq ki, səylərimizi özümüzə yönəldək – amma işimizi davranış üsullarımız üzərində yox, dərin kök salmış həmin motivlər və oğlumuzu düzgün başa düşməyimiz üzərində quraq. Onu dəyişdirməyə çalışmaq əvəzinə, özümüzə kənardan baxmağa çalışdıq – özümüzü ondan ayırmağa, onun şəxsiyyətini, fərdiyyətini və heysiyyətini hiss etməyə çalışdıq
  • abbasovkamranhas quoted2 years ago
    Qəlbinizi yaxşı-yaxşı axtarın, həyat çayları ordan başlayır”
  • abbasovkamranhas quoted2 years ago
    “Min kilometrlik yola səyahət birinci addımdan başlanır və hər saniyədə yalnız bir addım atmaq olar”.
  • abbasovkamranhas quoted2 years ago
    Albert Eynşteyn deyirdi: “Qarşılaşdığımız bir çox mühüm problemlər onları yaratdığımız zaman malik olduğumuz həmin düşüncə səviyyəsində həll oluna bilməz”.
  • abbasovkamranhas quoted2 years ago
    Bilik nəyi və nə üçün etməyimizi müəyyən edən nəzəri paradiqmadır. Qabiliyyət necə etməyi öyrədir. İstək isə motivdir – bunu etmək istəyirəm. Həyatımızda nəyi isə vərdişə çevirmək üçün hər üç komponent lazımdır
fb2epub
Drag & drop your files (not more than 5 at once)