Quotes from “Da Vinçi Şifrəsi” by Den Braun

Gunduz Memmedov
Gunduz Memmedovhas quoted4 years ago
İsa Məsih böyük nüfuza malik tarixi şəxsiyyət olub. Bəlkə də o, dünyanın gördüyü ən müəmmalı və xarizmatik liderdir. Messiyada (messianizm – allah tərəfindən yer üzünə xilaskar gələcəyi haqqında etiqad) əvvəlcədən deyildiyi kimi, İsa hökmdarları devirir, milyonlarla insanı ruhlandırır, yeni fəlsəfi cərəyanların əsasını qoyurdu. Süleyman və Davud nəslindən olan İsanın yəhudi şahlığına iddia etməyə tam hüququ vardı. Onun həyatı minlərlə ardıcılı tərəfindən təsvir olunub. – Tibinq sözünə ara verib bir qurtum çay içdi və fincanı yerinə qoydu. – Əhdi-Cədidə daxil etmək üçün səksəndən yuxarı İncilə baxılıb, lakin onlardan yalnız bir neçəsi bu kitabda əks olunmaq şərəfinə nail olub. Onlardan Matfeyin, Markın, Lukanın, İohannın incillərini göstərmək olar.
Gunduz Memmedov
Gunduz Memmedovhas quoted4 years ago
«İncil göydən bizə faksla göndərilməyib».
Xuraman Memmedova
Xuraman Memmedovahas quotedlast year
Kim ki həqiqət axtarışındadır, dostdan da irəlidir. Ona qardaş demək olar.
Xuraman Memmedova
Xuraman Memmedovahas quotedlast year
İnsan sadəcə Təbiətin qanunları ilə yaşayır, ona görə də incəsənət – Allahın yaratdığı gözəlliyin insan tərəfindən imitasiya edilməsi cəhdidir.
Gunduz Memmedov
Gunduz Memmedovhas quoted4 years ago
Kilsənin – kişi obrazının dominant, «kişi başlanğıcı»nın əsas olduğu Kilsənin yüksəlişinə mane olurdu. Ona görə də, keşişlər müqəddəs «qadın başlanğıcı»nı demonlaşdırdı. Heç bir Allah yox, məhz İnsan «ilkin günah» konsepsiyasını irəli sürdü. Həvva almadan dişlədi və insan nəslinin əbədi günaha batmasına səbəb oldu. Həyat verən, bir vaxtlar müqəddəs hesab edilən qadın düşmənə çevrildi.
Xuraman Memmedova
Xuraman Memmedovahas quoted6 months ago
Sion Prioratı – 1099-cu ildə yaradılmış Avropa gizli cəmiyyətidir, real təşkilatdır. (Priorat və ya sinyoriya – orta əsrlərdə bəzi şəhər-kommunaların idarəetmə orqanıdır. Mason ənənələrində Böyük Priorat – masonluğun rəhbərlik sistemində bölmələrdən biridir (Məbəd, Hospital – red.qeyd). 1975-ci ildə Paris milli kitabxanasında «Gizli dosyelər» adı ilə məlum olan bükülü əlyazmalar tapılıb. Bu dosyelərdə Sion Prioratının əksər üzvlərinin adı açıqlanır. Onların arasında ser İsaak Nyuton, Bottiçelli, Viktor Hüqo və Leonardo da Vinçi də var.
Fuad Shabaddinov
Fuad Shabaddinovhas quoted3 years ago
Şerdə «qab» və «qılınc» sözləri vardı.
heyran
heyranhas quoted4 years ago
Tarix də, təmsil kimi bir şeydi, inanaqmı?
Gunduz Memmedov
Gunduz Memmedovhas quoted4 years ago
Xristian simvolikasında bütpərəstlik rudimentləri açıqca görünür. Misirin günəş diskləri katolik müqəddəslərinin nimbalarına çevrilib. Möcüzəli şəkildə dünyaya gələn körpəsi Qoraya laylay çalan ilahə İsidanın piktoqramları körpə İsasını əlində tutan Məryəm Ananın obrazları oldular. Katolik ayinlərinin bütün elementləri - mitra, altar, mədhiyyə, priçastiye, «Məsih cisminin yeyilməsi» - bütün bunlar əvvəllər mövcud olmuş bütpərəst dinlərindən götürülüb.
Gunduz Memmedov
Gunduz Memmedovhas quoted4 years ago
İncil – insan məhsuludur, mənim əzizim, onu Allah yazmayıb. İncil bizim başımıza göydən düşməyib. Qaranlıq zamanların bu tarixi xronikasını insan yaradıb, sonra ona çoxlu sayda dəyişikliklər və əlavələr edilib, müxtəlif təfsirlər və tərcümələr olunub. Tarixdə bu kitabın oricinal variantı heç vaxt mövcud olmayıb.
Ruslan Rüstəmzadə
Ruslan Rüstəmzadəhas quoted11 hours ago
Bütpərəstlik və xristianlıq arasında gedən mübarizədə birincilər uduzdu. Poseydonun üçbaşlı əsası şeytanın yabasına çevrildi, müdrikin şiş papağını cadugərlər qoydu. Beşguşəli Venera ulduzu isə şeytanın rəmzi oldu. – Lendon ara verdi. – Təəssüf ki, hətta ABŞ hərbi idarəsi də beşulduzdan istifadə etdi; indi bu, müharibənin baş rəmzidir. Biz beşguşəli ulduzu qırıcı təyyarələrimizin üstünə çəkirik, generallarımızın poqonlarına yapışdırırıq. Və əlvida sənə, ey məhəbbət və sevgi ilahəsi.
Ruslan Rüstəmzadə
Ruslan Rüstəmzadəhas quoted17 hours ago
Nəhayət o, bütün muzeylərə xas olan tanış qoxunu hiss etdi – quru, ionlaşdırılmış havada karbonun zəif iyi yaxşı duyulurdu. Bu, rütubətlə mübarizədə istifadə olunan karbon filtrli xüsusi qurğuların buraxdığı maddənin qoxusu idi. Bu qurğular bütün günü işləyirdi ki, eksponatlara baxmağa gələnlərin nəfəs verdikləri zaman yaranan və eksponatların xarab olmasına təsir edən karbon 2-oksid kompensasiya olunsun.
Ruslan Rüstəmzadə
Ruslan Rüstəmzadəhas quotedyesterday
Mona Lizaya, Venera Milosskayaya və qələbənin qanadlı ilahəsi Nikaya.
Kenan Eliyev
Kenan Eliyevhas quoted2 months ago
Bilmirəm bunu sizə deyim, yepiskop, mən incə danışmaqda mahir deyiləm. Ona görə mus-mus deyincə, birdəfəlik Mustafa deyəcəm
Kenan Eliyev
Kenan Eliyevhas quoted2 months ago
Sofi, - Lenqdon sakitcə dedi, - demək lazımdır ki, qədimdə seksə münasibət indiki zamandan çox fərqli idi. Seks yeni həyat yaradır, bu elə özü möcüzədir, möcüzəni isə yalnız ilahiliyə çatanlar göstərə bilər
Kenan Eliyev
Kenan Eliyevhas quoted2 months ago
Yalnız Ümumdünya Kilsə Məclisində Məsih Allahın oğlu kimi elan edildi və rəsmən təsdiq edildi. Səsvermə nəticəsində.

- Dayanın. Demək istəyirsiniz ki, İsanın ilahiliyi səsvermə nəticəsində qəbul edilib?

- Bəli, həm də çox da böyük olmayan səs üstünlüyü ilə, - ser Tibinq dedi.
Kenan Eliyev
Kenan Eliyevhas quoted2 months ago
Təbliğat və zorakılıq öz bəhrəsini verdi. Bu günkü dünya – buna canlı sübutdur.

Əvvəllər müqəddəs dini başlanğıc hesab edilən qadınlara yüksək vəzifələr tutmaq qadağan edildi. Dünyada qadın ravvinlər, katolik keşişləri, islam müftiləri yoxdur. Kişi və qadının nəinki cismani, hətta ruhi cəhətdən birləşməsi olan təbii seksual yaxınlıq bir vaxtlar müqəddəs akt hesab edilirdi. İndi isə buna pis əməl kimi baxılır. Sutana geymiş kişilər hətta öz təbii seksual hisslərindən belə qorxurlar, bunu şeytan əməli sayırlar
Kenan Eliyev
Kenan Eliyevhas quoted2 months ago
İncil göydən bizə faksla göndərilməyib».

- Bağışlayın, başa düşmədim.

- İncil – insan məhsuludur, mənim əzizim, onu Allah yazmayıb. İncil bizim başımıza göydən düşməyib. Qaranlıq zamanların bu tarixi xronikasını insan yaradıb, sonra ona çoxlu sayda dəyişikliklər və əlavələr edilib, müxtəlif təfsirlər və tərcümələr olunub. Tarixdə bu kitabın orijinal variantı heç vaxt mövcud olmayıb.
Kenan Eliyev
Kenan Eliyevhas quoted2 months ago
Florensiyadakı Uffitsa qalereyasının çaş-baş qalmış əməkdaşları əsəri tələsik muzeydən bir küçə aralıda yerləşən emalatxanaya apardılar. İndi Leonardo zalına gələn adamlar «Cadugərlərə sitayiş»in yerində – RESTAVRASİYAYA HAZIRLIQ GETDİYİ ÜÇÜN DİAQNOSTİK TESTLƏRİN APARILMASI İLƏ ƏLAQƏDAR ƏSƏR YERİNDƏN ÇIXARILIB – sözləri yazılmış lövhəyə məyusluqla baxırdılar.
Kenan Eliyev
Kenan Eliyevhas quoted2 months ago
Təpənizdən döşəməyə qədər olan məsafəni ölçün. Sonra onu öz boyunuza bölün. Görəcəksiniz ki, hansı rəqəm alınır.

- Yenə də PHİ? – futbolçulardan biri soruşur.

- Bəli, PHİ, - Lenqdon başını tərpədir. – Bir tam mində altı yüz on səkkiz.
fb2epub
Drag & drop your files (not more than 5 at once)