Canlı lətifələr, əhvalatlar, deyimlər, Əjdər Ol
az
Books
Əjdər Ol

Canlı lətifələr, əhvalatlar, deyimlər

Read
286 printed pages
  • 👎2
  • 😄1
  • 👍1
Yaşamış və yaşamaqda olan görkəmli şəxsiyyətlərin və sadə insanların dilindən çıxmış şux lətifələr, maraqlı əhvalatlar, sərrast deyimlər xəzinəsi olan bu kitabda sələflərimizin və müasirlərimizin ömürlərinin ən yaddaqa-lan, ən duyğulu, ən həssas, ən müdrik, ən hazırcavab, ən uzaqgörən və ən fəhmli məqamları üzə çıxır.

Zaman-zaman ağızdan-ağıza gəzən, görüşlərdə, məclislərdə, orda-burda qulağım çalan bu canlı lətifələri, olmuş əhvalatları, yiyəsi tanınan deyimləri əlimə düşən kağızlarda əyri-üyrü xəttimlə yazıb dala atanda heç bilməzdim ki, yazdıqlarım haçansa qalın bir kitab olacaq.

Əvvəllər yazıçılarla bağlı lətifələri, əhvalatları, deyimləri yazıb götürür-düm. Sonra sənətçiləri də diqqətlə dinləməyə başladım. Sıraya siyasətçilər, dövlət adamları da gəldi. Daha sonra gördüm ki, yox balam, yazıçılardan, sənətçilərdən, siyasətçilərdən başqa da yan-yörəmizdə, yaxud, bizdən kənarda kəsərli, müdrik, məzəli deyimlərilə seçilən xeyli adam var. Və artıq məni onu kimin deməsindən asılı olmayaraq dəyərli söz, dərin məna, tutarlı fikirlər maraqlandırdı. Açığını deyim ki, indi də vaxtında deyilən, yerinə düşən, işə keçən diri söz qədər heç nə mənə toxtaqlıq gətirmir.

Mən bu kitabı ona görə yazdım ki, buradakı canlı lətifələrin, əhvalatların, deyimlərin itib-batmasına razı olmadım. Həm də deyim ki, bu xəzinəni yaradanların hamısı özümüzünkülər – öz siyasətçilərimiz, öz yazıçılarımız, öz alimlərimiz, öz sənətkarlarımız, öz tanış-bilişlərimizdir. Hamısının da bir-bir adını tutmuşam. Bir həqiqətdir ki, hər kəs özünkünü daha yaxşı tanıyır və özününkündən daha yaxşı yaza bilir.

Vallah, mən bu kitabımdakıları yazmasaydım, ömür-billah, heç kəs onların hamısına yiyə durmayacaqdı. Bəlkə də onların bir hissəsi adda-budda onun-bunun yazısına səpələnəcəkdi, deyə bilmərəm, ancaq bir kitaba toplanması müşkül işdi.
Uzaq keçmişdən üzübəri sayılıb-seçilmiş adamlarımızın deyilən, lakin yazıya alınmayıb havaya uçan o qədər mübarək fikirləri olub ki…

Makedoniyalı İsgəndərin ağzından çıxanı tez yazıya alırmışlar. Amma, bizim şahlarımızın, sərkərdələrimizin, başbilənlərimizin, qabaqdagedənlə­ rimizin şəxsiyyətini, qətiyyətini, ləyaqətini və başqa insani keyfiyyətlərini tanıda biləcək sözlərini yazılı şəkildə bizə ötürən olmayıb. Olubsa da alaya-rımçıq, dəngül-düngül olub belə yazılar.

Bu kitabda görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin, fədakar alim Ziya Bünyadovun, həssas rəngkar Səttar Bəhlulzadənin, ustad sənətkar Habil Əliyevin, fantast yazıçı Namiq Abdullayevin, odlu şair Xəlil Rzanın və neçə-neçə dəyərli insanların ağzından çıxmış və isti-isti yazıya alınmış kəlamlara, duzlu-məzəli deyimlərə rast gələcəksiniz.
Impression
Add to shelf
  • 👎Give This a Miss2
  • 😄LOLZ1
  • 👍Worth reading1
Sign in or Register
Lacivərd Məmmədova
Lacivərd Məmmədovashared an impression3 years ago
🌴Beach Bag Book

Bütün şairlər, məşhurlar, tanıdıqlarımız və tanımadıqlarımız hamı elə bil "yeyib içən oğlan yaman olmaz" prinsipiylə yazılıb. Adamlar belədə yaşayıb bizə nə demək düşür ki. Kitabdan çox şey gözləyirdim, elə söhbətlər var ki, mənim başıma gəlsəydi danışmazdım, qaldı ki, kitab yazmaq. Yəqin müəllifin ərki çatır, yaşı da imkan verir. O dövrün insanları bu cür olur. Belə...

Kazim Kazimov
Kazim Kazimovshared an impression3 months ago
👍Worth reading

Maraqlı söhbətlər var.Oxumağa dəyər.

b1674541387
b1674541387shared an impressionlast year
👎Give This a Miss

Hec olmasa kitabda yaltaqliq etmeyin

Bobby Marley
Bobby Marleyhas quoted4 years ago
Xanəndə Xan Şuşinskini Kommunist partiyasına keçirmək istəyirlər. Nə sual verirlər cavabsız qalır. Axırda soruşurlar:
— Böyük Oktyabr İnqilabı nə vaxt olub?
Xan Şuşinski gileylənir:
— Oktyabr inqilabı elə hər il olur, özü də bizi aparıb havayı oxutdururlar.
Anar Adilzade
Anar Adilzadehas quoted2 years ago
Mircəfər Bağırov oğlu ilə Filarmoniyanın yanında yerləşən mülkünün, vaxtilə neft milyonçusunun evi olmuş, indiki İncəsənət muzeyinin binasının balkonundan şəhəri seyr edirmiş. Birdən oğlu uşaq marağı ilə ondan soruşur:

— Ata, bu mülk, bu şəhər, bu dəniz... hamısı bizimdir?

Mircəfər Bağırov başını bulayıb cavab verir:

— Yox, bala, bu mülk, bu şəhər, bu dəniz bizim deyil, zəmanə bizimdir.
Vusala Mammadova
Vusala Mammadovahas quoted3 years ago
UZAQGÖRƏNLİK

1920-ci il aprelin 27-də Azərbaycan Demokratik Cümhuriyyətini təslim etmək barədə bolşevik deputat Həmid Sultanovun ultimatumu parlamentdə müzakirə olunanda qalmaqal düşür. Digər bolşevik deputat Əliheydər Qarayev Cümhuriyyətin rəhbəri Məmmədəmin Rəsulzadənin üstünə çımxırır:
— Razılaşmasan, gözlərini çıxardaram!
Məmmədəmin Rəsulzadə təəssüflə cavab verir:
— Sən bütün millətin gözlərini çıxartdın!
Əliheydər Qarayev salona üz tutur:
— Səsini çıxardanı gülləbaran edəcəyəm!
Məmmədəmin Rəsulzadə deyir:
— Sən bir güllə atmadan milləti məhv etdin, Əliheydər, “tovarişlər” (“yoldaşlar”– bolşevik müraciəti) səni güllələyəndə məni xatırlayarsan!
Doğrudan da 1937-ci ildə Həmid Sultanovu, Əliheydər Qarayevi və digər onunkimiləri öz silahdaşları güllələdilər.
Azərbaycanca kitablar, Nurcan Rzayeva Qurbanlı
Nurcan Rzayeva Qurbanlı
Azərbaycanca kitablar
  • 539
  • 456
Qısa kitablar, Sayalı Bahar
Sayalı Bahar
Qısa kitablar
  • 13
  • 227
Bioqrafiya və memuarlar..., Vusala Mammadova
Vusala Mammadova
Bioqrafiya və memuarlar...
  • 196
  • 51
#mustread, DJ Fateh
DJ Fateh
#mustread
  • 11
  • 48
Azərbaycan. İndiki zaman., Sayalı Bahar
bookmate icon
One fee. Stacks of books
You don’t just buy a book, you buy an entire library… for the same price!
fb2epub
Drag & drop your files (not more than 5 at once)