Xəz paltolu Madonna, Səbahəddin Əli
az
Books
Səbahəddin Əli

Xəz paltolu Madonna

İş tapmaq istəyən bir gənc keçmiş məktəb yoldaşının kö­mə­yi ilə bankda işə düzəlir. Orada məzlum, talesiz bir qoca – hə­ya­tı məğlubiyyətlərlə dolu Raif əfəndi ilə tanış olur. Sonralar ömrü­nün son günlərini yaşayan qocaya həyan olmaq istəyən gənc bir gün onun gündəliyini vərəqləyir. Və bütün həqiqətlərə də elə bu gün­dəlik güzgü tutur.
Gənc yaşlarında Raif əfəndi atasının sənətini davam et­dir­mək üçün Berlinə yollanır. Burada incəsənətə olan marağı onu rəsm qalereyasına getməyə həvəsləndirir. Qalereyadadakı tablolardan birinə heyranlıqla tamaşa edən Raif tez-tez bura gəlib “Xəz paltolu qadın”ın portreti qarşısında seyrə dalır. Rəsmin müəllifi Mariya Puder adlı bir xanımdır və o, bir gün bu gənci kənardan izləməyə son qoyub ona yaxınlaşır. Söhbət etdiyi qadının portretin sahibi olduğunu öyrənəndə isə Raifin həyatı bir daha geri dönüşü olmayacaq şəkildə dəyişir.

Sevilən Türk yazıçısı və şairi Səbahəddin Əli (1097–1948) Al­ma­niyada təhsil almış, geri döndükdən sonra Kon­ya və Ankarada müəllim işləmişdir. Azad fikirlərinə görə daim təqib olunan ədibin “Quyucu Yusif” (1937), “İçi­mizdəki şeytan” (1940) adlı ro­manları, “Dəyirman”, “Səs”, “Yeni dünya”, “Şüşəli köşk” adlı hekayələr kitabı, “Dağlar və Ruzigar”, “Qurbağanın serenadası, başqa şeir­lər” adlı şeirlər kitabı və “Əsirlər” adlı bir dram əsəri vardır. “Xəz mantolu Madonna əsəri”ni isə 1943-cü ildə yazmışdır.
200 printed pages
Copyright owner
Qanun Nəşriyyatı

Impressions

How did you like the book?

Sign in or Register
fb2epub
Drag & drop your files (not more than 5 at once)