John Men

Çingiz xan

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
Con Menin “Çingiz xan” romanını tarixi roman janrında yeni cığır, hətta novatorluq adlandırmaq olar. Yazıçı özündən əvvəl bu janrda möhtəşəm əsərlər yaradan sələf-həmkarlarından fərqli olaraq uzun-uzadı təsvirlərə, dialoqlara yer verməyib, əsasən arxiv materialları ilə işləyib, romanda sözü gedən coğrafi məkanlara baş çəkib, tarixi yerləri şəxsən görüb.
Bundan başqa, Con Men 850 il əvvəl baş vermiş əhvalatların epik təsvirindənsə, tarixi hadisə və proseslərin təhlilinə üstünlük verib. Bu zaman o, öz üzərinə bitərəf araşdırmaçılıq vəzifəsi götürüb və bu işin öhdəsindən uğurla gəlib.
Romanı oxuyanda Çingiz xanın şəxsiyyətinə müəyyən rəğbət elementləri sezmək də mümkündür. Ancaq yazıçı böyük fatehin dövründə bilavasitə onun əmri ilə törədilmiş qırğınlardan, hətta müasir dövrdə genosid siyasətindən, bəşəriyyətə qarşı cinayət sayıla biləcək hadisələrdən də bəhs edib. Sadəcə, bu zaman o, həmin hadisələrə tarix kontekstindən yanaşıb.
Qədim və müasir monqolların Çingiz xanın şəxsiyyətinə pərəstiş etmələrinin səbəbi əsərdə məntiqli bir şəkildə açılıb.
Müəllif 15 yaşlı bir əsir uşağın xoş təsadüf və öz fərasəti nəticəsində əsirlikdən qurtularaq necə dünya fatehinə çevrilməsini, Koreya yarımadasından tutmuş Macarıstana qədər nəhəng bir ərazidə qurduğu imperiyaya rəhbərlik etməsini bütün müsbət və mənfi cəhətləri ilə birlikdə təsvir edib.
Bu baxımdan “Çingiz xan” əsəri müvafiq mövzuda yazılmış minlərlə əsər içində öz layiqli yerini tutur və bu möhtəşəm roman dünya şəxsiyyətlərinin həyatı ilə maraqlanan oxucular üçün əvəzsiz əsərdir.
This book is currently unavailable
471 printed pages
Copyright owner
Qanun Nəşriyyatı
Have you already read it? How did you like it?
👍👎

Impressions

  • Mustafa Memmedovshared an impression8 years ago
    👍Worth reading

    Oxumaga deyer Ama pulludur

  • Irsad Rustemovshared an impression2 years ago
    👍Worth reading

  • Elsen Zeynallishared an impression7 years ago
    🙈Lost On Me
    💤Borrrriiinnng!

Quotes

  • ahmedoffelvin99361has quoted8 years ago
    Monqollar yazmağı öyrənmə­sə­lər, bütün bunları yaratmaq mümkün deyil. Özü oxu­ma­ğı, yazmağı bilməyən qəbilə başçısı üçün bu, olduqca cə­sarətli fikir idi, çünki bu, eyni zamanda onun öz savad­sızlığına tənə yeriydi. Sual yarandı: hansı yazını qəbul et­mək? Çinlilərin yazısı vardı, ancaq onun mənimsənil­mə­sinə illər və illər tələb olunurdu. Üstəlik, heç bir monqolu nəinki könüllü şəkildə, hətta zorla da vadar etmək olmaz ki, soxulcan sayaraq ikrahla yanaşdığı xalqdan və taleyin təqdiriylə itaətə vadar edilən şəhər əhalisindən nəsə əxz eləsin. Bəzi
  • abbasovkamranhas quoted2 years ago
    Çingiz xan isə Çyen Çi Ssu Xan kimi

On the bookshelves

fb2epub
Drag & drop your files (not more than 5 at once)