Balaca Şahzadə, Antuan de Sent-Ekzüperi
az
Books
Antuan de Sent-Ekzüperi

Balaca Şahzadə

Read
52 printed pages
  • 👍43
  • 🔮22
  • 🎯12
Bu kitabı yaşlı adama həsr etdiyim üçün uşaqlardan məni bağışlamalarını xahiş edirəm. Haqq qazanmaq üçün deməliyəm: bu yaşlı, adam mənim ən yaxşı dostumdur. Bundan əlavə: o, dünyada hər şeyi başa dü­şür, hətta uşaq kitablarını da. Bir də o, Fran­sada yaşayır, orada isə bu saat aclıqdır, soyuqdur. Onun təsəlliyə çox-çox ehtiyacı var. Əgər bunların hamısı mənə bəraət qa­zandırmırsa, onda bu kitabı həmin uşağa həsr edirəm ki, o indi mənim yaşlı dostumdur. Axı bütün yaşlılar əvvəlcə uşaq olmuşlar, amma bunu xatırlayanlar çox azdır.
Impression
Add to shelf
  • 👍Worth reading43
  • 🔮Hidden Depths22
  • 🎯Worthwhile12
Sign in or Register
Naz Mamedova
Naz Mamedovashared an impression2 years ago

Balaca Şahzadə beyni, ürəyi açıb ordakı ən təmiz yerə sevdiyimiz insanları qoyduğumuz yerə qoyulasıdır. Aşiq olan kəs qədər həyəcanlandırdı, sevdiyi şəxsi xatırlayanda sevincindən gözləri dolan kəs qədər kövrəltdi. Tanışlığımıza şadam, Balaca Şahzadə!

Şəbnəm
Şəbnəmshared an impression3 years ago
👍Worth reading

"Böyük adamlar doğrudan da qəribə olurlar " deyən şahzadədir.
Uşaqlar üçün yazildiği deyilsədə fəlsəfi anlamlara görə uşaq ədəbiyyatı hesab olunmur eslinde. Tülkü ilə şahzadənin dostlaşmasi zamani yaranan dialoq isə mənə görə əsərin ən maraqlı hissəsidir -"Gözlər kordur insan yalniz ürəyilə baxdıqda həqiqəti görə bilər "
Bundan əlavə fəlsəfəyə girişdə ilk oxunması gərəkən kitabdır..

Sahile
Sahileshared an impression3 years ago
🔮Hidden Depths

Əgər sən
günortadan sonra saat dörddə gələcəksənsə, mən saat üçdən özümü xoşbəxt hiss etməyə
başlayacağam. Vaxt yaxınlaşdıqca mən özümü daha da xoşbəxt sayacam. Saat dörddə, mən
artıq həyəcanlanmağa və narahat olmağa başlayacağam; mən xoşbəxtliyin dəyərini anlayacam!
Amma sən müxtəlif saatlarda, istədiyin vaxt gəlsən, onda mən bilməyəcəm ki, ürəyimi xoşbəxtliyin hansi anına sazlayım, hansı vaxtına kökləyim... Onu mərasim kimi keçirmək lazimdir.

Mir Ismail Ali
Mir Ismail Alihas quoted4 years ago
Səhər dur­dun, əl-üzünü yudun, özün­ü qaydaya saldın, dərhal planetini qaydaya sal.
aasadzada
aasadzadahas quoted4 years ago
Yaşlılar özləri heç vaxt bir şey başa düşmürlər, uşaqları isə elə hey hər şeyi onlara başa salmaq yorur.
Nigar Shikhlinskaya
Nigar Shikhlinskayahas quoted4 years ago
Yaşlılara deyəndə ki, «Mən çəhrayı kərpicdən tikilmiş gözəl bir ev gördüm, onun pəncərələrində ətirşah, damında isə göyərçinlər var idi, onlar heç vəchlə bu evi təsəv­vürlərinə gətirə bil­mirlər. Onlara de­mək lazımdır: «Mən yüz min franka başa gəlmiş bir ev gördüm», bu zaman onlar heyrətlə çı­ğırırlar: «Nə qiyamət evdir!»

Qızıma bu gecə oxuyurdum. Ən çox sevdiyim nağıllardan biri. Hər yaş devrində nə isə maraqlı və yeni bir şey kəşf edirsən bu nağılda.

Azərbaycanca kitablar, Nurcan Rzayeva Qurbanlı
Nurcan Rzayeva Qurbanlı
Azərbaycanca kitablar
  • 539
  • 456
Oxunması vacib kitablar, Gunel Najafova
Gunel Najafova
Oxunması vacib kitablar
  • 21
  • 410
Sevdiyim Kitablar, Aybəniz Həsənova
Aybəniz Həsənova
Sevdiyim Kitablar
  • 35
  • 233
Azərbaycanca ƏDƏBİYYAT, Vusala Mammadova
Vusala Mammadova
Azərbaycanca ƏDƏBİYYAT
  • 350
  • 151
Uşaqlar bəyənəcək, Leyla Asgarova
Leyla Asgarova
Uşaqlar bəyənəcək
  • 8
  • 91
bookmate icon
One fee. Stacks of books
You don’t just buy a book, you buy an entire library… for the same price!
fb2epub
Drag & drop your files (not more than 5 at once)