Orhan Pamuk

Səssiz ev

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
«Səssiz ev» — Orhan Pamukun «Cövdət bəy və oğulları»ndan sonra ikinci romanıdır. Üstündən illər keçəndən sonra yazıçı bu romana təzədən qayıtdı, əsərin üzərində yenidən işlədi, romanı fəsillərə ayırdı.
«Səssiz ev» — bəzilərinə dünya ədəbiyyatındakı ailə romanlarının davamı kimi görünə bilər. Ancaq «Səssiz ev» öz bədii keyfiyyətlərinə görə başqalarından köklü surətdə seçilir.
Əsərin üslubu çox mürəkkəbdir. Burada reallıqla postmodernizm, absurdla primitivizm bir-birinə qovuşur, daha dəqiq desək, bir-birini qəribə tərzdə tamamlayır.
Nəslin ixtiyarı, 90 yaşlı qarınınsa fikirləri açıq-aydın «dü­şün­cə axını» tərzində qələmə alınıb; burada keçmiş gələcəyə, gə­lə­cəksə indiki zamana möhkəm tellərlə bağlanır.
Ailə üzvlərinin hər biri isə ovaxtkı, elə indinin özündəki türk cəmiyyətinin müxtəlif yönlü, müxtəlif əqidəli bir təmsilçisidir.
Orhan Pamukun bu əsərinin də oxucular tə­rə­findən maraqla qarşılanacağına əminik.
Böyük türk yazıçısı, Nobel mükafatı laureatı Orhan Pamukun adı çağdaş dünya ədəbiyyatının ən məşhur romançıları sırasında birincilərdən sayılır. Əvvəlcə rəssamlıqla çox ciddi məşğul olan, daha sonra isə memarlıq fakültəsindən yarımçıq çıxan Orhan Pamuk birdən-birə yazıçı olmaq qərarına gəlir. O, 1982-ci ildə işıq üzü görən ilk romanı — «Cövdət bəy və oğulları»ndan sonra taleyini birdəfəlik olaraq qələmə bağlayır. O vaxtdan bəri Orhan Pamuk sayca 10-dan artıq roman yazıb və bu romanların hər biri dünyanın ən nüfuzlu ədəbi ödüllərinə layiq görülüb. 60-dan çox dilə tərcümə olunan həmin romanlar müəllifinə, həqiqətən, dünya şöhrəti qazandırdı və heç təəccüblü deyil ki, bu gün dünyanın harasında olur-olsun, «türk ədəbiyyatı» deyəndə Orhan Pamukun adı haqlı olaraq həmin ədəbiyyatın klassikləri cərgəsində çəkilir.
This book is currently unavailable
353 printed pages
Copyright owner
Qanun Nəşriyyatı
Have you already read it? How did you like it?
👍👎

Impressions

  • mina222shared an impression4 years ago
    👍Worth reading
    🙈Lost On Me
    🔮Hidden Depths
    💡Learnt A Lot
    💞Loved Up
    😄LOLZ
    🐼Fluffy

    Oxumamisam hele ama bele olduğunu umid edırem☺️❤️

  • b2836407540shared an impression4 years ago

    ..

  • b6106051975shared an impression2 years ago
    🐼Fluffy

    Əla Əla

Quotes

  • Elvina Kazimovahas quoted4 years ago
    Üsküdarı gəzən Övliya
  • Elvina Kazimovahas quoted4 years ago
    Çələbi də bu barədə bir söz demədiyi üçün, həqiqətən də, belə bir tühaf və qəribə evin olub-olmadığını qəti şəkildə söyləyə bilmərik. Əgər həqiqətən olubsa da, bu qəribə ev 1642-ci ildə Üsküdarı yandırıb-yaxan məşhur yanğında, yəqin ki, yanıb getməli imiş
  • Elvina Kazimovahas quoted4 years ago
    Bu qadının liliputlarına olan hədsiz vurğunluğunun bizim Hərəm tariximizdə əhəmiyyətli bir yeri vardır. Xəndan Sultan, ölümündən sonra, çox sevdiyi bu sevimli dostlarının rahat, əmin-amanlıq içində, birlikdə yaşamalarını arzulamış, bundan ötrü də sarayın baş dülgəri Ramazan usta səfərbər edilmişdi.

On the bookshelves

fb2epub
Drag & drop your files (not more than 5 at once)