bookmate game
Qılman İlkin

Bakı və bakılılar (dördüncü nəşr)

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
  • Lacivərd Məmmədovahas quoted7 years ago
    Bakını Badkubə də adlandırırlar. Çünki bu yerdə daim küləklər əsir. Bəzən elə güclü əsir ki, şəhərin böyük tikililərini də xəsarətə uğradır. Buna görə burada evlərin özülünü yonulmuş daşlardan qoyur, həyətləri və damları qırla örtürlər
  • Lacivərd Məmmədovahas quoted7 years ago
    — Tutu Bikə, qapını aç. Fətəlinin meyidini gətirirlər. Şirvanda öldürülüb.
    Meyidin üzü örtülü olduğu üçün Tutu Bikə qardaşının sözlərinə inanmır. Fikirləşir ki, Fətəlinin meyidi olsaydı, Həmzə onun üzünü açmış olardı. Qardaşına çığırır:
    — İnanmıram ki, böyük Fətəli o kiçik cənazəyə sığışmış ola.
  • Lacivərd Məmmədovahas quoted7 years ago
    fəvvarələr meydanının yeri isə bakılıların zəfəran tarlaları idi
  • Sheyla Papatyahas quoted8 years ago
    Burada kətan, ipək və yun parçalar, dəmir məmulat və sairə hazırlanır və Azərbaycandan keçən, Şərqin və Avropanın ticarət mərkəzlərini birləşdirən karvan yolları və dəniz vasitəsilə başqa ölkələrə ixrac olunurdu. Şəhərdə çoxlu culfa, dəmirçi, boyaqçı, dülgər, başmaqçı, dəbbaq, dulusçu və dərzi yaşayırdı.
  • Sheyla Papatyahas quoted8 years ago
    Qədim bakılılar bir adamın bakılı olub-olmadığını öyrənmək üçün ona belə bir sual verərdilər: "Bakıda qış nə vaxt olur?". Əgər həmin adam "Xəzri əsəndə" deyə cavab verərdisə, onun bakılı olduğuna şübhə etməzdilər
  • Nigyar Gumbatovahas quoted5 years ago
    Bakı və Xəzri. Şəhərin yaranışından bu iki məfhumu birbirindən ayrı təsəvvür etmək mümkün deyil. Xəzri əsməyə başladımı, bir həftədən tez kəsməz. Qədim bakılılar bir adamın bakılı olub-olmadığını öyrənmək üçün ona belə bir sual verərdilər: "Bakıda qış nə vaxt olur?". Əgər həmin adam "Xəzri əsəndə" deyə cavab verərdisə, onun bakılı olduğuna şübhə etməzdilər
  • Lacivərd Məmmədovahas quoted7 years ago
    Fətəli xan Xoyski – Nazirlər Şurasının sədri və daxili işlər naziri, Xosrov Sultanov – hərbi nazir, Məmmədhəsən Hacınski – xarici işlər naziri, Nəsib bəy Yusifbəyli – maliyyə və xalq maarifi naziri, Xəlil Xasməmmədov ədliyyə naziri, Məmməd Yusif Cəfərov – ticarət və sənaye naziri, Əkbər Şeyxəl İslamov – əkinçilik və əmək naziri, Cəmo Hacınski – Dövlət müfəttişi daxil oldular
  • Lacivərd Məmmədovahas quoted7 years ago
    Nərimanov "Hümmət" qəzetində çap etdirdiyi məqalələrində Nargin adasını "Göz yaşları axıdan ada" adlandırır
  • Lacivərd Məmmədovahas quoted7 years ago
    . Nərimanov həmin il şəhər dumasında əsirlərin vəziyyəti barədə geniş məruzə ilə də çıxış etmişdi. O demişdi ki, "Nargin qəbiristanlıqdır, bu qəbiristanlığın yanında minlərlə adam öz ölümlərini gözləyirlər, 7 min adam isə bu növbədə öz yerini tutmaq üçün hazırdır".
  • Lacivərd Məmmədovahas quoted7 years ago
    Filmin çəkilişi Bakıda və onun ətraf kəndlərində aparılmışdı. Pavilyon səhnələri isə Tiflisdə çəkilirdi. Filmin maraqlı epizodlarından biri o zaman Səlimovun Balaxanıdakı neft mədənində baş vermiş dəhşətli yanğının lentə alınması idi. Rejissor B.Svetlov və operator Q. Leçberq bu yanğını sensasiya kimi filmə daxil etmiş və beləliklə onun effektini xeyli artırmışdılar. Filmdə çəkilmək üçün Bakı teatrlarından bir çox aktyor dəvət olunmuşdu. Baş rolda görkəmli aktyorumuz H. Ərəblinski çəkilmişdi. O milyonçu Lütfəli bəyin rolunu məharətlə ifa etmişdi. Bundan başqa filmdə göstərilən toy səhnəsində tarzən Qurban Primov və xanəndə Cabbar Qaryağdı oğlu da iştirak edirdilər.
fb2epub
Drag & drop your files (not more than 5 at once)