Fridrix Nitsşe

Zərdüst belə deyirdi

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
  • Həyat Qarayevahas quoted8 years ago
    O kəsləri sevirəm ki, insanların başı üstündən asılmış qara buluddan düşən ağır damlalara, şimşəyin ya­xınlaşmasını xəbər verən elçilərə bənzəyir.
  • Muradovhas quoted7 years ago
    O adamları sevirəm ki, nifrət etməyi bacarsın­lar. Yalnız naqisliyə nifrət bəsləyən kəs fəziləti qiy­mət­lən­dirə bilər.
    O adamları sevirəm ki, canlarını boş xəyallara, mə­nasız cəfəng ideyalara deyil, torpağa, vətənə fəda edir­lər, o torpağa ki, bir vaxt fövqəlinsanın məskəni ola­caq.
    O adamları sevirəm ki, dünyaya kor gəlib, kor get­məsinlər, həyatdan bir şey anlasınlar, öləndə də ar­xayın olsunlar ki, ruhlarını az da olsa, kamilləşdirə biliblər.
    O adamları sevirəm ki, canına cəfa verir, özündən son­ra bir iz qoymaq istəyir.
    Mərd adamları sevirəm, çünki gözü ilə od gö­türə-götürə dünyanın qəm yükünü çiynində daşıma­ğa tək onların hünəri çatar.
    O adamları sevirəm ki, közü öz qabağına çək­mə­sin, ruhunu saflaşdırmağın qeydinə qalsın.
  • Xuraman Memmedovahas quoted5 years ago
    Özünü ittiham edən an o, özünün ən ali zirvəsinə yük­səlir: qoymayın yüksəliş bir daha çamuruna qayıtsın!
  • Misir Məmmədlihas quoted9 years ago
    Rəhbərliyə hörmət və itaət göstər, istəyir qoy lap küt olsun. Şirin yuxunun xətrinə bunu etməlisən. Axı neyləmək olar ki, hakimiyyət çox vaxt əyri ayaqlar üstündə qərar tutur.
  • aygulhas quoted3 years ago
    Və Zərdüşt belə dedi:

    «Sizə dünyanın ən murdar məxluqundan danışmaq istəyirəm – cahil insandan.
  • Ruhengizhas quoted6 years ago
    İnsanda böyüklük adına bir şey varsa, o da onun son məqsədi deyil, yalnız məqsədə doğru bir vasitə, kör­pü olmasıdır, insanda seviləsi bir şey varsa, onun bir adlamac, keçid olması, gəldi-gedərliyidir.
  • Misir Məmmədlihas quoted9 years ago
    Yuxunun şirin olmasını istəyirsənsə, Allahla da, qon­şu ilə də yola get. Lap qonşunun it-pişiyi ilə də dinc dolan.
  • Ceyhun Gaziyevhas quoted9 years ago
    Həyat sevinc bulağıdır. Harada ki kütlə içir, o bulaqların hamısı zəhərlidir.
  • aygulhas quoted3 years ago
    Hamı özünü ağıl dəryası hesab edir, elə bilirlər ye­rin altını da bilirlər, üstünü də. Gəl ki heç kim o bi­rini bəyənmir. Elə hey savaşır, söyüşürlər. Amma kin saxlamırlar, kinin cana ziyanı var axı.
  • aygulhas quoted3 years ago
    O adamları sevirəm ki, həyatın ötəri-itəri bir şey ol­duğunu anlayıb ondan beşəlli yapışmırlar.

    O adamları sevirəm ki, nifrət etməyi bacarsın­lar. Yalnız naqisliyə nifrət bəsləyən kəs fəziləti qiy­mət­lən­dirə bilər.

    O adamları sevirəm ki, canlarını boş xəyallara, mə­nasız cəfəng ideyalara deyil, torpağa, vətənə fəda edir­lər, o torpağa ki, bir vaxt fövqəlinsanın məskəni ola­caq.

    O adamları sevirəm ki, dünyaya kor gəlib, kor get­məsinlər, həyatdan bir şey anlasınlar, öləndə də ar­xayın olsunlar ki, ruhlarını az da olsa, kamilləşdirə biliblər.

    O adamları sevirəm ki, canına cəfa verir, özündən son­ra bir iz qoymaq istəyir.

    Mərd adamları sevirəm, çünki gözü ilə od gö­türə-götürə dünyanın qəm yükünü çiynində daşıma­ğa tək onların hünəri çatar.

    O adamları sevirəm ki, közü öz qabağına çək­mə­sin, ruhunu saflaşdırmağın qeydinə qalsın.

    Mərdliyi ilə ölümü öldürənləri, insan kimi yaşayıb, insan kimi də ölənləri sevirəm.

    O adamları sevirəm ki, hər şeyin yaxşısına can at­­mırlar, əslində, tək bir yaxşı cəhəti olan adam ideal adam­dan yaxşıdır, çünki belədə insan bu tək cəhətə daha çox alışır, o, alın yazısı kimi insana ölüncə yoldaşlıq edir.

    O adamları sevirəm ki, həyatda naxışı tutanda, bəxti gətirəndə xəcalət çəkir. «Mən taleyin bu bəx­şi­şi­nə layiqəmmi?» – deyə öz-özündən soruşur.

    O adamları sevirəm ki, sözü havaya sovurmur, əmə­li boş vəddən üstün tutur.

    O adamları sevirəm ki, gələcək qarşısında mə­su­liy­yət, keçmiş qarşısında ehtiram, indinin önündə fə­dakarlıq duysun. Fədakar adamları sevirəm, indi qə­dir-qiymətləri bilinməsə də, sabaha yalnız onlar üzüağ çıxacaqlar.

    O kəsləri sevirəm ki, allahının da səhvlərini görür, lap Allahın qəzəbindən tar-mar olacağını bilsə belə, ayaq yeri qoymur.
fb2epub
Drag & drop your files (not more than 5 at once)