Vladimir Nabokov

Lolita

Böyük sənət əsərləri hər zaman orijinallığı ilə seçilir; onların mahiyyəti insanı sarsıtmalı, təəccübləndirməli, hətta şoka salmalıdır. Humbert Humberti tərifləməyə heç bir əsas yoxdur. Şübhəsiz ki, o iyrənc və alçaqdır, əxlaqsızlığa ən parlaq misaldır. Ancaq onda azğınlıq və yüngüllük çulğaşaraq şiddətli əzablara səbəb olur, onun bəzi duyğularını cəlbedici edir. Onun qəribəlikləri, əlbəttə, çətin həzm olunur. Amerika təbiəti və sakinləri barədə dedikləri gülməlidir. Etiraflarındakı səmimiyyət və doğruluq onu heç də iblisanə hərəkətlərinin məsuliyyətindən azad etmir. Ancaq onun inləyən kamanı bizdə Lolitaya qarşı incə mərhəmət oyadır, müəllifə nifrətimizə baxmayaraq, kitabdan ayrıla bilmirik!
Tərbiyəsiz qız uşağı, başı özünə qarışmış ana və ehtiraslarının əsiri olan manyak yalnız bu əsərin parlaq qəhrə­manları deyil; onlar həm də bizə təhlükəli meyillər barədə xəbərdarlıq edir, mümkün bəlaları göstərirlər. «Lolita» bizim hamımızı – valideynləri, müəllimləri, bütün yetkin insanları ayıq-sayıq olmağa, etibarlı mühit yaratmağa və sağlam nəsil yetişdirməyə sövq etməlidir.
426 printed pages
Copyright owner
Qanun Nəşriyyatı

Impressions

Nunu Mammedzade
Nunu Mammedzadeshared an impression2 years ago
👎Give This a Miss

OXuyarkən çox sıxıldım.Dəfələrlə bitirmədən bağlamaq istədim.Ama sonda nə olacaq marağı güc gəldi və bölüm-bölüm keçməyə başladım.Arada oxumadığım çox bölüm oldu ama bununla belə düşünürəm heç nə itirmədim.

b5919303990
b5919303990shared an impression2 years ago
💤Borrrriiinnng!

indiyə qeder oxuduğum ən mənasız kitab idi. sadece söz yığını başqa heç nə

Elminares Talıbov
Elminares Talıbovshared an impression7 months ago
👎Give This a Miss

🤦🏻‍♂️

Quotes

Zulfiyya Zeynalli
Zulfiyya Zeynallihas quoted5 years ago
Lolita həyatımın işığı, ehtiraslarımın odu-alovu.. Günah­la­rım, ruhum. Lo-li-ta: dilimin ucu dişlərimə toxunmaq üçün aşağı damağıma doğru üç dəfə hərəkət edir. Lo. Li. Ta.
Rovshan İsayev
Rovshan İsayevhas quoted2 years ago
Köpək (hansısa yarımteryer) yaş, qırmızı, quttaperça (kauçukaoxşar elastik maddə) topu yerə salaraq, yenidən dişləriylə götürür və hələ necəsə ağzına da salırdı; qabaq pəncələri ilə möhkəm qazonun üzərində çevik akkordlar tutaraq ora-bura qaçırdı.
Leyla Khalil Rza
Leyla Khalil Rzahas quoted4 years ago
ölümüm qədər dəqiq bilirdim ki, onu bu dünyada haçansa gördüyüm və

On the bookshelves

Oxunması vacib kitablar, Gunel Najafova
Gunel Najafova
Oxunması vacib kitablar
  • 21
  • 481
Azərbaycanca kitablar, Nurcan Rzayeva Qurbanlı
Nurcan Rzayeva Qurbanlı
Azərbaycanca kitablar
  • 539
  • 468
Azərbaycanca ƏDƏBİYYAT, Vusala Mammadova
Vusala Mammadova
Azərbaycanca ƏDƏBİYYAT
  • 351
  • 153
fb2epub
Drag & drop your files (not more than 5 at once)