Andre Morua

Yad Qadına məktublar

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
  • Nurcan Rzayeva Qurbanlıhas quoted8 years ago
    «Başqalarının xoşuna gəlmək üçün onların ürəyinə yatan və onları məşğul edən məsələlərdən danışmaq lazımdır; gərək əhəmiyyətsiz şeylər barədəki mübahisələrdən vaz keçəsən, nadir hallarda nəsə soruşasan və heç bir halda onlardan ağıllı olduğun barədə şübhələnmələrinə əsas verməyəsən».
  • Sudaba Aliyevahas quoted8 years ago
    Mən özüm xasiyyətcə utancaq və susqunam. Kəskin nifrət, yaxud böyük xoşbəxtlik duyduğum (belə və-ziyyətdə mən heç özüm özümü tanımıram) də qiqələrdən — başqa, mən nadir hallarda öz hisslərimi büruzə — verirəm. Bu, mənim günahım deyil. Sərt adamlar olan valideynlərim məni belə tərbiyə ediblər. Mənim görkəmim həmişə ifrat dərəcədə ciddidir, elə özüm də beləyəm.
  • Elmin Seyfəddinlihas quoted7 years ago
    Əgər biz hamımız hamımızın haqqında deyilənlərin hamısını bilsəydik, onda heç kim heç kimlə danışmazdı
  • Nurcan Rzayeva Qurbanlıhas quoted5 years ago
    Ancaq subay adam qadın şıltaqlıqlarından bəyəm bu dərəcədəmi azaddır? Əgər o, müqəddəs adam deyilsə, onun həyatında mütləq hansısa bir qadın peyda olacaq, məşuqə isə qanuni arvaddan daha təhlükəlidir.
  • mvasamira94has quoted5 years ago
    – Deməli, darıxmağı da bacarmaq lazımdır?
  • b0866173319has quoted7 years ago
    «Əgər biz hamımız hamımızın haqqında deyilənlərin hamısını bilsəydik, onda heç kim heç kimlə danışmazdı».
  • Sudaba Aliyevahas quoted8 years ago
    həya romantik və melanxolik naturanın sadiq əlamətidir
  • Sudaba Aliyevahas quoted8 years ago
    «Hər cür haqlı irad adama toxunur», – Stendal belə deyirdi. Sizin müsahibiniz, ola bilsin ki, dəlillərinizin təkzibolunmazlığını lap etiraf da etməli olsun, ancaq o bunu sizə heç zaman bağışlamayacaq.
  • Nurcan Rzayeva Qurbanlıhas quoted8 years ago
    Əgər qadınla onun xasiyyəti və gözəlliyi barədə danışsaq, ondan uşaqlığı, zövqləri, yaxud onu kədərləndirən şeylər haqqında soruşsaq, biz heç zaman qadını darıxdırmarıq. Siz də əgər özü barəsində danışmasını xahiş etsəniz, heç zaman kişiləri darıxdırmazsınız. Neçə-neçə qadın özünə mahir dinləyici olmaq şöhrəti qazandırıb! Belə baxanda, heç xüsusi olaraq dinləməyə də ehtiyac yoxdur, yetər ki, yalnız özünü qulaq asırmış kimi göstərəsən.
  • b8234558246has quoted8 years ago
    Axırıncı müharibə vaxtı bir qadın onu sevən zabitdən ərə getmək təklifi almışdı. Qadın düşünmək üçün zabitdən yalnız bir gecəliyə möhlət istəmişdi və ertəsi gün zabitə yazmışdı ki, bəs bu təklifə razıdır. Lakin həmin gün – 1940-cı ilin 10 mayında almanların həmləsi başlandı və zabit cəbhəyə göndərildi, qadının məktubu it-bata düşüb ünvana çatmadı. İkiqat iflas ucbatından – öz ölkəsinə və öz hisslərinə görə – ümidsizliyə düşən zabit Ölümün nazını çəkməli oldu. Bu üzüyola xanım, bir qayda olaraq, öz kavalerlərini diqqətsiz buraxmır... Həmin qadının qismətinə acı peşmançılıq, təəssüf hissi düşdü. Çünki qadın bu nikahı çoxdan arzulayırdı, möhləti yalnız abır və ləyaqət hissinə görə xahiş etmişdi. Bəyəm elə həmin dəqiqə «hə» demək daha yaxşı olmazdımı?
fb2epub
Drag & drop your files (not more than 5 at once)