bookmate game
az
Orhan Pamuk

Atamın bavulu

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
“Ölümündən iki il əvvəl atam öz əlyazmaları və dəftərləri ilə dolu bir bavulu mənə verdi”.
Orxan Pamuk 2006-cı ilin dekabr ayında, İsveçin paytaxtı Stokholm şəhərində Nobel ədəbiyyat mükafatını alarkən “Atamın bavulu” adlı nitqlə çıxış etdi. Pamukun otuz ilik yazıçılıq səylərinin ruhunu səmimi bir şəkildə ifadə edən bu duyğusal çıxış bütün dünyada böyük əks-sədaya səbəb oldu. Yazmaq və yaşamaq mövzusunda köklü bir mətn olan “Atamın bavulu”nu eyni mövzuları və dərdləri fərqli prizmadan toxunduğu iki başqa mükafat nitqi ilə birlikdə nəşr edirik. Pamukun ABŞ-da çıxan World Literature (“Dünya ədəbiyyatı”) jurnalı tərəfindən verilən “Puterbaugh mükafatı”nı alarkən 2006-cı ilin aprel ayında etdiyi çıxış — “Nəzərdə tutulan yazar” — yazarlıq psixologiyasının Pamuk tərəfindən izahıdır. Pamukun “Alman Kitabçılar Birliyi” tərəfindən verilən “Sülh mükafatı”nı 2005-ci ilin oktyabr ayında alarkən etdiyi “Qarsda və Frankfurtda” adlı çıxışı isə roman yazarının özünü başqalarının yerinə qoyma gücünü və bu insani bacarığın siyasi nəticələrini özündə əks etdirir. Kitaba yazıçının bütöv gördüyü bu üç çıxışdan başqa, 2008-ci ilin oktyabr ayında Türkiyədə çıxan “Milliyyət” qəzetində nəşr olunmuş “Mənim türk kitabxanam” adlı maraqlı yazısı da əlavə olunub.
“Atamın bavulu” yazarlıq nədir, nə üçün yazırıq, həyat və yazmaq, yazarlıq səbri və roman sənətinin sirləri üzərinə yazılmış dəyərli bir kitabdır.
This book is currently unavailable
61 printed pages
Copyright owner
Qanun Nəşriyyatı
Have you already read it? How did you like it?
👍👎

Impressions

  • b8234558246shared an impression8 years ago
    👍Worth reading

  • Gunel Najafovashared an impression5 years ago
    💤Borrrriiinnng!

Quotes

  • Gunel Najafovahas quoted5 years ago
    Yazıçılıq hər kəsin bildiyi, amma bildiyini bilmədiyi şeylərdən bəhs etməkdir.
  • b8234558246has quoted8 years ago
    ən səfeh, ən kəndli, ən zamansız, dövrdən və dəbdən ən uzaq, ən ağılsız, ən yanlış və ən qəribə kitablarını belə gülünc bilib bir kənara atmamağı öyrəndim. Bu kitabları sevməyimin sirri onları, müəlliflərinin istədiyi kimi oxumaq deyildi. Bu qəribə, lazımsız, müəyyən yerlərdə heyrətləndirici dərəcədə gözəl kitabları da, özümü həmin kitabların müəlliflərinin yerinə qoymaq üçün oxumuşdum. Əyalətdən qurtulmanın yolu əyalətdən qaçmaq deyil, o duyğu ilə sonuna kimi bir yerdə olmaqdı. Beləliklə, həm getdikcə böyüyən kitabxanamın içinə dərinləşməsinə daxil olmağı, həm də onunla arama bir məsafə qoymağı öyrəndim
  • Vusala Mammadovahas quoted8 years ago
    Özümü xoşbəxt hiss etmək üçün hər gün ədəbiyyatla məşğul olmağım lazımdır. Necə ki, hər gün bir miqdar dərman qəbul etməsi vacib olan xəstələr var, eyni elə. Hər kəs kimi bir həyat yaşamaq üçün şəkər xəstələrinin hər gün bir dəfə iynə ilə dərman qəbul etmələrini uşaqlıq illərimdə öyrəndiyimdə, onlar üçün çox narahat olmuşdum, onların yarıölü olduqlarını düşünmüşdüm. Ədəbiyyata olan bağlılığım da məni bu mənada, “yarıölü” bir vəziyyətə gətirib çıxarıb. Xüsusilə gənc bir yazar ikən mənə “həyatdan qopmuş” olduğumu söyləyənlərin bu “yarı ölü” vəziyyəti nəzərdə tutduqlarını düşünürdüm. Buna “yarı xəyalət” də deyə bilərik. Bəlkə də ölüyəm və içimdəki cəsədi ədəbiyyat vasitəsilə həyata qaytarmağa çalışıram” deyə düşündüyüm vaxtlarım da olub. Ədəbiyyat mənə bir dərman kimi gərəklidir. Qaşıqla və ya iynə ilə qəbul edilən dərman kimi hər gün qəbul edəcəyim “ədəbiyyat”ın, nəşəxorlarda olduğu kimi bəzi xüsusiyyətləri və mənaları var.

On the bookshelves

fb2epub
Drag & drop your files (not more than 5 at once)