Çaldıran döyüşü (3-cü nəşr), Fərman Kərimzadə
az
Books
Fərman Kərimzadə

Çaldıran döyüşü (3-cü nəşr)

Roman görkəmli dövlət xadimi, sərkərdə və şair, ulu tariximizdə xüsusi yeri olan Şah İsmayıl Xətainin həyatından, çoxcəhətli ictimai fəaliyyətindən bəhs edən «Xudafərin körpüsü" dilogiyasının ikinci hissəsidir. Siyasət meydanına yenicə qədəm qoyan Şah İsmayılın vahid və qüdrətli Azərbaycan uğrunda apardığı gərgin mübarizələr, ağıllı dövlət xadiminin mədəniyyətin və sənətin yüksəlməsinə göstərdiyi qayğı, xalqımızın orta əsr məişət tərzi romanın əsas mövzusudur.
350 printed pages

Impressions

b6623315454
b6623315454shared an impression5 years ago
👍Worth reading

Super

b8014378215
b8014378215shared an impression3 years ago
👍Worth reading

tewekkur edirem

OdEr ϜϓſϞ
OdEr ϜϓſϞshared an impression5 years ago
👍Worth reading

Quotes

Mir Ismail Ali
Mir Ismail Alihas quoted5 years ago
İnsan belədir də, həmişə təzə bir şey axtarır. Təzə paltar, təzə ev, təzə hökmdar. Elə bilir ki, təzə köhnədən yaxşı olacaq.
Xuraman Memmedova
Xuraman Memmedovahas quoted9 months ago
dönüb taxta baxdı. Onun sarı parıltısından gözlərini xeyli ayıra bilmədi. Necə də rahat, təmkinli hökmlüdür. Cansızdır, cəsədsizdir, amma üstündə oturanlara hikkə verir, hakimiyyət verir. Asa da bilir, kəsə da bilir. Sorğusuzsualsız, dünyanın altını üstünə çevirir, ölkələri qana da çalxayır. Əsl tilsim, əsl möcüzə bu taxtdır. Çağırdığı şəxs illərlə döyüşlərdən, qırğınlardan keçib ona tərəf gəlir. Özü isə heç kimə sona qədər etibar göstərmir. Necə də rahat, necə də cazibəli və gözəldir. Təbriz bazarından bir gədanı tutub gətirib onun üstündə əyləşdirsən, dönüb əjdaha olar.

Dilsiz-ağızsız taxt ona çox şeylər deyirdi. Çox şeylər vəd edirdi. İsmayıl isə hələ də onun üstündə oturmamışdı. Başına gələn bu qədər əzab-əziyyətdən qorxmamışdı, amma taxtdan qorxurdu. Elə bilirdi ki, oturan kimi taxt onu öz hakimiyyəti altına alacaq, onun niyyətlərini unutduracaq, babasının qoyduğu yol-ərkandan çıxarıb üzünü biyabana çevirəcəkdir.

Yox, dayısının əsarətinə dözmüşdü, ancaq taxtın əsarətinə dözməyəcəkdi. Bu taxt qızıldan olsa da, onu yaxşı suvarılmış Dəməşq qılıncına döndərəcək. Onu öz əqidəsinə tabe edəcək, əmrini taxta verəcək. Qoy taxt Ələddinin çırağı kimi, o çırağın qulu kimi onun əmrlərini yerinə yetirsin.

O, taxtda oturmaqdan bir də ona görə qorxurdu ki, yeri rahat olar, arxayınlaşar. Arzularının başa çatdığına inanar, o biri hökmdarlar kimi kefə, mey-məzəyə qurşanar. Onun yeri anadan olandan bəri nə qədər narahat idisə, indi də elə narahat olmalıdır. Bir ana bətnində rahat olmuşdu, bir də bu fani, vəfasız dünyadan keçəndən sonra rahat olar.

Onun əsl taxtı yəhərdir. İldırım kimi irəli şığıyan atın üstündəki yəhər. Onun arzularını, əməllərini həyata keçirəcək bir vasitə varsa, o da odu.
Cefer Hesenov
Cefer Hesenovhas quoted3 years ago
bilərəm. Çətin deyil. Yəqin ki, qəbri çox da dərin qazmayıblar. Müharibə

On the bookshelves

Azərbaycanca kitablar, Nurcan Rzayeva Qurbanlı
Nurcan Rzayeva Qurbanlı
Azərbaycanca kitablar
  • 539
  • 468
Zaman səyahəti, Sayalı Bahar
Sayalı Bahar
Zaman səyahəti
  • 15
  • 155
Azərbaycanca ƏDƏBİYYAT, Vusala Mammadova
Vusala Mammadova
Azərbaycanca ƏDƏBİYYAT
  • 351
  • 153
Azərbaycan dilində kitablar, Gulshan Jabi
fb2epub
Drag & drop your files (not more than 5 at once)