Qatardakı qız, Pola Hokins
az
Books
Pola Hokins

Qatardakı qız

Pola Hokinsin “Qatardakı qız” kitabı sirlərlə dolu bir detektivdir,
lakin bununla belə, onu psixoloji triller də adlandırmaq
olar. Burada personajlar çoxdur və hər birinin
də öz sirləri və günahları var. Əsərin baş qəhrəmanı Reyçelin
həyatında hər şey uçuruma yuvarlanmış kimidir. O,
ərindən ayrılmış, işini itirmiş və içkiyə aludə olmuşdur.
Onun bir əyləncəsi var — qatarla Londona gedib, orada,
sadəcə, veyillənmək. Qonşuları isə düşünür ki, onun işləri
qaydasındadır və o, hər gün işə gedir.
O, qatarla gedərkən yeni evliliklə xoşbəxt olan keçmiş
ərinin evini müşahidə edir. Bu zaman qonşu ev də onun
diqqətini çəkir. Reyçel hesab edir ki, orada ideal bir ailə yaşayır.
O, hətta öz qəhrəmanlarına adlar da uydurub — Ceyson
və Cess. Onların həyatı bizim baş qəhrəmanın istədiyi
bir arzu, xəyaldır.
Amma bir dəfə Reyçel Cess və Ceysonun yaşadığı evin
həyətində təəccüblü, müəmmalı bir işin baş verdiyini görür.
Sonra isə Cess itkin düşür. Reyçel anlayır ki, bəlkə də
yalnız o, Cessin yoxa çıxmasının sirrini aça bilər.
Nə etsin? Polis onun ifadələrini ciddi qəbul edəcəkmi?
Başqasının həyatına qarışmaq, ümumiyyətlə, ona lazımdırmı?
342 printed pages
Copyright owner
Qanun Nəşriyyatı

Impressions

How did you like the book?

Sign in or Register
fb2epub
Drag & drop your files (not more than 5 at once)