Səhra çiçəyi, Varis Dirie
az
Books
Varis Dirie

Səhra çiçəyi

Read
Varis Dirie onu dünyalarca məşhur edən bu romanı yazmaq üçün nə təxəyyülünə güc verib, nə də başqalarının həyat hekayələrini soraqlayıb. “Səhra çiçəyi” müəllifin öz başına gələnlərdir: kəlməbəkəlmə, addımbaaddım yaşadıqlarıdır. Allahın sevib yaratdığı insana əta etdiyi gözəlliklərdən necə məhrum edilməsi, həyat eşqinin hələ körpə qızcığazkən balaca köksündə boğulması, dün­yəvi həzlərə həsrət qoyulması barədə olduqca qəmli bir hekayət danışır Varis. Somalinin dodaq çatladan susuz səhralarında boy atan bu çiçək, onu məhv olmağa qoymayan, bu günün Varisi edən sevgidən, insanlara, yaradılışa inamdan rişələnir. İllər sonra məşhur model olan qəhrəmanımız geridə qoyduğu tarixçəsini bölüşməyi özünə borc bilir – beləcə, “Səhra çiçəyi”ni yazmaqla özünü yazıçılıqda da sınayır. Varis Afrikanın dəhşətinə çevrilmiş “qız sünnəti”nin onu necə şikəst etdiyini anladığı andan buna qarşı mübarizə aparmağa çalışıb. “Səhra çiçəyi” həm də bu mübarizənin bir for­masıdır. Tezliklə bestsellerə çevrilən əsəri ilə o, daha da məşhur olmaqla bərabər böyüklərin əlində alətə çevrilən qızcığızlara qurtuluş yolu da göstərmiş olub.
“Səhra çiçəyi” məhz o əsərlərdəndir ki, təsirini xeyli müddət özünüzdən uzaqlaşdıra bilməyəcəksiniz.
258 printed pages
Copyright owner
Qanun

Impressions

Lacivərd Məmmədova
Lacivərd Məmmədovashared an impression4 years ago
👍Worth reading
💡Learnt A Lot
🚀Unputdownable

Bəxt söhbətlərinə inanmıram. Bu qadının sağ qalması, özünə yol açması bəxtindən deyil, güclü olmağının və əzmkarlığının nəticəsidir. Məsəlini qloballaşdırması təqdirəlayiqdir. Alqışlayıram! :)
Kitabın dili rahatdır, tərcümə gözlədiyimin əksinə yaxşı alınıb. Varis, elə "səhra çiçəyi" demək imiş. (Varis adını görən kimi qıcıqlandım biraz, dedim indi əzilmiş fotoşəkillər zad söhbəti olacaq. Şükür bu Varis o Varisdən deyil)))

Yegana_L
Yegana_Lshared an impression8 months ago
👍Worth reading
💡Learnt A Lot
🚀Unputdownable

Afrikalı qadın olmağın "qazandırdığı" ömürlük məhrumiyyətlər... Real hadisələr əsasında qələmə alınan möhtəşəm kitab!

Süleyman Məmmədli
Süleyman Məmmədlishared an impression3 years ago
👍Worth reading
💡Learnt A Lot
💧Soppy

Heç bir təxəyyüldən istifadə etmədən, real hadisələrdən yazılmış, yazıçının öz başına gəlmiş hadisələr olan kitabdır. Çox gözəl...

Quotes

Sahile
Sahilehas quoted3 years ago
İnsan həyat yolu ilə addımlayarkən tufanlardan keçəndə də, günəşin şəfəqlərindən həzz alanda da, burulğanın düz ortasında dayananda da onun nicatı məhz iradəsindən asılıdır.
Nizami Əlisoy
Nizami Əlisoyhas quoted3 years ago
Valideynlər qocalanda övladlar onların qayğısına qalacaqlarından uşaqları özlərinin qocalan vaxtı alacaqları təqaüd kimi görürdülər.
Mir Ismail Ali
Mir Ismail Alihas quoted4 years ago
Yaşayırsansa, deməli, yaxşısan.

On the bookshelves

Həftənin kitabı, Bookmate
Bookmate
Həftənin kitabı
  • 38
  • 243K
Azərbaycanca kitablar, Nurcan Rzayeva Qurbanlı
Nurcan Rzayeva Qurbanlı
Azərbaycanca kitablar
  • 539
  • 467
Kino + kitab, Bookmate
Bookmate
Kino + kitab
  • 31
  • 386
Azərbaycanca ƏDƏBİYYAT, Vusala Mammadova
Vusala Mammadova
Azərbaycanca ƏDƏBİYYAT
  • 350
  • 153
fb2epub
Drag & drop your files (not more than 5 at once)