Təbabət elminin məqsədini dərmanların insan əzablarını azaltmasında gördükdə isə, ortaya belə bir sual çıxır ki, bu əzabı nə üçün azaltmalı? Əvvələn, deyirlər ki, əzab insanı kamala çatdırır, ikincisi, bəşəriyyət, doğrudan da, öz iztirablarını cürbəcür həb və damcı dərmanları ilə yüngülləşdirməyi öyrənsə, dini və fəlsəfəni bilmərrə atmış olar. Halbuki insanlar bu vaxta qədər din və fəlsəfə
vasitəsilə nəinki özlərini hər cür fəlakətdən qorumuş, hətta onlarda özlərinə xoşbəxtlik də tapmışlar.