Bu dəfə #Söhbətgah-da linçləmə, insanların düşüncəsinə görə təkləməkdən danışırıq. #CancelCulture son 4 ilin kəşfidir. Bir şəxsin etdiklərinə görə (pis və ya yaxşı fərq etməz) insanların onu təkləməsi, linç etməsi, ləğv etməsi və ya imtina etməsidir. İnsanlar niyə belə amansızdırlar? Bir-birinin yazdığını lağlağıya qoymaq, ələ salmaq və ya digərlərinin hisslərilə oynamaq niyə yarandı?
Siz də öz fikirlərinizi bölüşə bilərsiniz. #Münasibət