bookmate game
Sergey Dovlatov

Əcnəbi qadın

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
  • Faguma Ismayilovahas quoted5 years ago
    Kasıblar bütün hallarda ziyana düşürlər. Kasıbları həmişə cərimə edirlər, hətta itləri nəzərdə tutulmayan yeri batıranda da. Əgər kasıbın qəpik pulu cibindən düşsə, hökmən lükə töküləcək.

    Varlılarda isə hər şey əksinədir. Onlar köhnə pencəklərinin cibindən pul tapırlar. Lotereya udurlar. Çox az tanıdıqları qohumlarından bağ evi miras olur. Onların iti sərgilərdə pul mükafatı qazanır.
  • Lacivərd Məmmədovahas quoted8 years ago
    Evdə (vətəndə) azadlıq yox idi, əvəzində oxucu vardı. Burada isə azadlıq var, lakin oxucu yoxdur.
  • Lacivərd Məmmədovahas quoted8 years ago
    Ümumiyyətlə, mən inanıram ki, yoxsulluq və zənginlik — anadangəlmə keyfiyyətdir. Məsələn, saçın rəngi, yaxud musiqi duyumu kimi. Biri yoxsul, o biri zəngin doğulur. Burada pulun heç də günahı yoxdur.
    Pulla da yoxsul olmaq mümkündür. Və — eləcə də — qəpiyi olmayan prins də.
  • Gunel Najafovahas quoted4 years ago
    Otuz səkkizinci il gəldi.
    Əlbəttə, qorxunc dövr idi. Lakin hamı üçün yox. Əksəriyyət Dunayevckinin şən musiqisi altında rəqs edirdi. Bundan savayı, hər il qiymətlər düşürdü. Kürü lap ucuz idi. Kilosu iyirmi manataydı. Hər tində satılırdı.
    Əlbəttə, təqsirsiz adamları güllələyirdilər. Lakin birinin güllələnməsindən çox adam faydalanırdı. Bir marşalın güllələnməsi, tabeliyindəki on həmkarının qulluq yüksəlişinə zəmanət verirdi. Boşalan yerə generalın namizədliyi irəli sürülürdü. Həmin generalın vəzifəsini polkovnik tuturdu. Polkovniki mayor əvəz edirdi. Müvafiq olaraq kapitan və leytenantların rütbələri qalxırdı.
  • Sevinc Ceferovahas quoted8 years ago
    Kasıblar bütün hallarda ziyana düşürlər. Kasıbları həmişə cərimə edirlər, hətta itləri nəzərdə tutulmayan yeri batıranda da. Əgər kasıbın qəpik pulu cibindən düşsə, hökmən lükə töküləcək.
  • b3857670820has quoted3 years ago
    Tezliklə cəza orqanları Zaretskidən şübhələnməyə başladılar. Zaretski də köç etməli oldu. Gömrükdə tarixə düşən bəyanat verdi:

    — Rusiyanı mən tərk eləmirəm! Rusiya məni tərk edir!..

    Onu yola salanlardan tək-tək soruşurdu:

    — Akademik Saxarov buradadır?..

    Təyyarəyə minmə ərəfəsində qətiyyətlə çəmənliyə yaxınlaşdı. Qürbətə bir ovuc rus torpağı aparmaq istəyirdi.

    Milislər onu çəmənlikdən qovdular. O vaxt Zaretski qışqırdı:

    — Mən Rusiyanı çəkməmim dabanaltlığında aparıram!..

    — Amerikada Zaretski müəllim oldu. O, hamını öyrədirdi. Yəhudilərə —provaslavlığı, slavyanlara — iudaizmi. Amerika əks-kəşfiyyatçılarına sərvaxt olmağı.

    Bütün gücü ilə demokratiya uğrunda mübarizə aparırdı. O, deyirdi:

    — Demokratiyanı bütün vasitələrlə yaymaq lazımdır. Hətta atom bombasıyla!..
  • Khanum GyevAsgerovahas quoted4 years ago
    Əks halda? Əgər belə məğrurdursa, qoy özü dolansın... Ümumiyyətlə:

    “Əgər mənim sənə rəhm etməyimi istəyirsənsə? O zaman, əvvəlcə sənin alçalmağından ləzzət duymalıyam!”
  • Khanum GyevAsgerovahas quoted4 years ago
    Qadınlara görə, Marusyanın indiki ağır vəziyyətində yorğun, fəqir, ələbaxan olmalıdır. Daha yaxşı olardı ki, xəstələnsin, əsəbləri pozulsun. O zaman bizim qadınların rəhmi gələrdi. Və hətta, şübhəsiz , ona kömək edərdilər.
  • Khanum GyevAsgerovahas quoted4 years ago
    Məlumdur ki, nikahda bərabərlik yoxdur. Üstünlük həmişə az sevənin tərəfindədir
  • Khanum GyevAsgerovahas quoted4 years ago
    həyəcanı sakitləşmədi. Hətta aybaay daha da çoxaldı.

    Və bu zaman Marusyanın üfüqündə tanınmış estrada ulduzu Bronislav Razudalov göründü
fb2epub
Drag & drop your files (not more than 5 at once)