“Şahzadə və dilənçi” romanı iki damcı su kimi bir-birinə bənzəyən oğlanların — ingilis şahzadəsi Eduard Tyudorun və balaca dilənçi Tom Kentin qeyri-adi taleyi haqqında qəribə bir macəradır. Təsadüf nəticəsində bu oğlanlar rollarını dəyişirlər. Dilənçi oğlan kral, kral isə dilənçi olur. Bu zaman bir tərəfdən nağıl, digər tərəfdən isə tarixi pamfletdir. Bəzi ədəbiyyatşünasların fikrincə, roman cəmiyyətdə ədalətsizliyi satirik şəkildə ifşa etmək məqsədilə yazılmışdır.
“Şahzadə və dilənçi” romanının oxumaqla hədsiz zövq alacaq, mənəvi dünyanızı zənginləşdirəcəksiniz.