Mari Viktor Hüqo

Səfilllər

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
Yalnız fransız ədəbiyyatının deyil, dünya ədəbiyyatının da ən gör­kəmli sima­la­rın­dan sayılan Viktor Hüqo özünün parlaq istedadının məhsulu olan əsərləri ilə bə­şər bədii fikri tarixini zənginləşdirmişdir. XIX əsrin bu korifey sənətkarının ya­radıcılığı ümumbəşər mənəvi sər­vətləri xəzinəsində özünəməxsus yer tutur.
Hüqo dühası, Hüqo irsi yer üzünün bütün xalqları üçün doğma və əzizdir. Hüqonun tükənməz yaradıcılıq aləmində “Səfıllər” romanının xüsusi çəkisi var. Dahi rus yazıçısı Lev Tolstoyun “fransız ədəbiy­yatının ən yaxşı romanı” adlandırdığı bu öl­məz əsər, demək olar, bü­tün dünya dillərinə tərcümə olunaraq müəllifinə əbədi şöhrət qa­zan­dırmışdır.
Hamı üçün yazılmış “Səfillər” bu gün də qapıları döyür: “Açın, biz sizə gəlmişik” de­yir. Ölməz ədibin sahilsiz kədərinin ayrılmaz parçası olan bu şah əsəri hər bir insana mənəvi cəhətdən zənginlik qazan­dı­racaq qüdrətə sahib romandır. Əgər “Səfıllər” olmasaydı, dünya ədə­biyyatı həqiqətən də bir xeyli yoxsul görünərdi.
This book is currently unavailable
1,974 printed pages
Copyright owner
Qanun Nəşriyyatı
Have you already read it? How did you like it?
👍👎

Impressions

  • Rehman Mustafayevshared an impression8 years ago
    🔮Hidden Depths

    Insan bir zorveye pillekanla qalxirsa sona catdiqda conub geriye baxmalidi. Qett etdiyi her bir pillekani ve kecmiwini unutmamalidir

  • Əzizshared an impression4 years ago
    👍Worth reading
    💡Learnt A Lot
    🎯Worthwhile

    - Həbsxanadan cixanda nə edəcəksən? yenə çörək ogurlayasan?
    + Oğurluq edəcəm amma bu dəfə çörek yox

  • Intizar Sübhanshared an impression7 years ago
    👍Worth reading
    💡Learnt A Lot
    🎯Worthwhile
    🚀Unputdownable
    💧Soppy

    Bir ədəbiyyatçı olaraq oxumaq istədiyim və sonunda bitirdiyim bir kitab .Bu əsər haqqında heç bir fikir bildirmək olmaz , gərək bunu oxuyasan və özün yaşayasan . Bir sözlə ifadə edim hisslərimi- "MÜKƏMMƏL" imiş . Bu qədər il oxumağa gecikdirdiyim üçün peşman oldum .

Quotes

  • sophiamiller57646has quoted7 years ago
    Həyat – dözülməz bir yükdür, ölüm ən yaxşı çıxış yoludur
  • Xuraman Memmedovahas quoted7 years ago
    Dərdli adamlar geriyə baxmazlar. Onlar qara talelərinin dallarınca gəldiyini çox gözəl bilirlər.
  • Elmin Seyfəddinlihas quoted9 years ago
    Ümidinizi o kəsə bağlayın ki, onun heç bir varisi yoxdur.

On the bookshelves

fb2epub
Drag & drop your files (not more than 5 at once)