Eyni zamanda inkişaf məqsədilə axtarışa başlayarkən özünüzü öncədən mövcud olan aktiv və ehtiyatlarla məhdudlaşdırmamalısınız. Əvvəlcə yaxşı-yaxşı yan-yörənizə baxın və ümumiyyətlə, hansı imkanların mövcud olduğunu müəyyənləşdirin və yalnız sonra sizdə zəruri ehtiyatların, o cümlədən bilik və bacarıqların olub-olmadığını aydınlaşdırın. Əgər bütün bu sadalananlar yoxdursa, onları cəlb etmək iqtidarında olub-olmadığınızı müəyyənləşdirin. Mən həmişə ZM şirkətinin istənilən əlverişli vəziyyətdən, hətta zəruri ehtiyatları olmadıqda belə, istifadə etməyə can atmasına heyrətlənmişəm. Ehtiyatları həmişə almaq, ya da cəlb eləmək olar.