az

Robin Şarma

Robin Şarma — kanadalı yazıçı. Şimali Amerikanın və dünyanın şəxsiyyətin inkişafı, motivasiya və liderlik sahəsi üzrə ən tanınmış siması, Robin Şarma, 1965-ci ildə Yeni Şotlandiya, Kanadada anadan olmuşdur. Hüquq sahəsi üzrə doktorluq dərəcəsi alsa da, maddi yetərsizlikdən dolayı təhsilinə davam edə bilməmişdir. Buna baxmayarq o, dünyanın, şərq müdrikliyi və qərb texnologiyası və çalışqanlığı ilə sintezini yaradaraq dünyaya təqdim edən nadir insanlardan birisinə çevrilmişdir. Onun nitqləri «USA Today», «National Post» və «The Globe and mail» kimi bir çox nüfuzlu dünya KİV-lərində yer almışdır. Yazıçının «Sən öləndə kim ağlayacaq?», «Superhəyat! 30 günlük həqiqi həyata səyahət», «Titulsuz lider» və «Ferrarisini satmış rahib» kimi dünyaca məşhur kitabları var. Ən sevdiyi kitab: Paulo Keolyo — Əl-Kimyagərdir. Triatlon və Taekvondo kimi idman növləri ilə məşğul olur. Dağ turizmini çox sevir. «Robin Şarma Uşaq Fondu» kasıb ailələrin uşaqlarına təhsil almaları üçün yardımlar edir.
years of life: 18 March 1965 present

Quotes

Zaur MMhas quoted2 years ago
«Öz eqondan imtina et – başqası olma, özün ol. Sən olduğun kimi gözəlsən».
Zaur MMhas quoted2 years ago
Qınamaq – qorxaq adamların özlərini dəyişikliklərdən qorumaq üçün istifadə etdiyi müdafiə üsuludur.
Zaur MMhas quoted2 years ago
Mən şirəm. Qoyunlarla birgə danışmaq, gəzmək və yatmaq mənə layiq deyil.

Mən uğur qazanana qədər geri çəkilməyəcəm.

Impressions

Zaur MMshared an impression2 years ago
🔮Hidden Depths
💡Learnt A Lot
🎯Worthwhile
👍Worth reading

Şəxsi həyatında və işində özünü inkişaf etdirərək xoş günlərlə dolu, səmərəli, səliqəli, pozitivlərlə dolu həyat yaşamaq üçün oxuyacağınız kitablardan biridir. Robin Sharma yenə öz tərzində gözəl bir iş görüb👌💙

  • unavailable
  • fb2epub
    Drag & drop your files (not more than 5 at once)