Dronqo öz rəhbərliyindən son dərəcə çətin bir tapşırıq alır: sızan məlumatlara görə, Latın Amerikasında fəaliyyət göstərən cinayətkar təşkilat şərti «X günü» adlı dəhşətli bir aksiya hazırlamaqdadır. Lakin təşkilatın konkret harda yerləşdiyi və aksiyanın nə məqsəd güddüyü, onun haçan və hansı ölkədə həyata keçiriləcəyi dəqiq bilinmir...