Səməd İsmailzadə, ABŞ-da yaşayan jurnalist, "Minority Magazine" - Azərbaycan dilində birinci LGBTİ jurnalının baş redaktoru: "Bu kitab bir insanın qalibiyyətini və məğlubiyyətini, tənhalığını və ümidlərini göstərir. Çətinliklərə baxmayaraq heç zaman təslim olmamağı, mütləq bir gün istədiyizə nail olacağımızı qoca bir balıqçının timsalında bizə çatdırır. Bu kitabı oxuyan hər kəs "o bacardısa, mən də bacararam" deyə düşünəcək və öz "balığının" ovuna çıxacaq. Həyatımız isə həmin o "la mar"-dir".