bookmate game

Atropatenadan Azərbaycan Respublikasına aparan yol

Bookmate
10Books72Followers
Tariximizin həm qara, həm ağ səhifələrini tanımalıyıq. Bu rəfə Azərbaycan tarixi ilə bağlı kitablar əlavə olunacaq.
    Bookmateadded a book to the bookshelfAtropatenadan Azərbaycan Respublikasına aparan yol8 years ago
    Azərbaycanda XIX əsrin ucqar kəndində baş verən bu kitabın xadisələri çoxumuza məktəb illərimizdən tanışdır. Lakin bu kitabı məktəbdə oxumusuzsa da belə, onu ikinci dəfə oxumaq çox məsləhətlidir. Burada çoxlu gözəl kişi və qadın obrazı, aktual problemlər, və Vətənimizin təbiyyəti harmonik şəkildə təsvir olunur.
  • unavailable
  • Bookmateadded a book to the bookshelfAtropatenadan Azərbaycan Respublikasına aparan yol8 years ago
    Demək olar ki, Azərbaycanın tarixini təsvir edən ən birinci kitablarından biri. Abbasqulu Bakıxanovun elmi araşdırmasında Şirvan və Dağıstanda yaşayan xalqların tarixidir. Bu əsər Azərbaycan tarixinə aid yazılmış ümumi bir tarix əsərinə təsadüf edilmir.
    Bookmateadded a book to the bookshelfAtropatenadan Azərbaycan Respublikasına aparan yol8 years ago
    Əzizə Cəfərzadənin şah əsəri. Bu kitabı maraqlı edən bir cəhət də onun çoxlu tarixi faktları bədii (bəzən rəvayət şəklində) canladırılmasıdır. Kitabda Səfəvilər və Şirvanşahlar mübarizəsi, sonra isə Osmanlılarla Səfəvilərin müharibəsi təsvir olunur.
    Bookmateadded a book to the bookshelfAtropatenadan Azərbaycan Respublikasına aparan yol8 years ago
    Ölkəmizdə Xalq Cümhuriyyətinin tarixi, 1920-ci illər Azərbaycan-Türkiyə əlaqələri haqqındakı bir sıra fikirlər də yeniliyi, məsələyə baxış fərqliliyi ilə seçilir. Xalqımıza həqiqi sevgi hissi ilə yazılan bu kitab tarixçilər, politoloqlar, mətbuat işçiləri və geniş oxucu kütlələri üçün maraqlı ola bilər.
    Bookmateadded a book to the bookshelfAtropatenadan Azərbaycan Respublikasına aparan yol8 years ago
    O, Tarixdə həmçinin Nadirqulu bəy və Təhmasibqulu xan adları ilə də tanınır. XVII əsrin sonu-XVIII əsrin əvvəllərində Səfəvilər dövləti qorxunc bir iqtisadi və siyasi böhran keçirirdi. Ölkənin mərkəzi və şərq hissəsi əfqan işğalı altına düşmüşdü.Bu arada səhnəyə Nadir xan çıxır...
  • unavailable
  • Bookmateadded a book to the bookshelfAtropatenadan Azərbaycan Respublikasına aparan yol8 years ago
    Babək Xürrəmi — Xürrəmilər hərəkatının ən görkəmli rəhbəri, Ərəb Xilafətinə qarşı Azərbaycandakı üsyana rəhbərlik etmiş böyük sərkərdə. Bu kitabda onun həyatı çox gözəl və dəqiq təsvir olunub.
  • unavailable
  • Bookmateadded a book to the bookshelfAtropatenadan Azərbaycan Respublikasına aparan yol8 years ago
    Qurban Səid - kimin təxəllüsü idi? Vətənimizdə və xaricdən“Əli və Nino” romanı neçə illərdir ki, bitib-tükənməyən mübahisələrin mövzusudur. Bu kitabın müəllifi kimdir? Nussimbaum, Muhamməd Əsəd bəy, Elfrida fon Ehrenfels, klassik Yusif Vəzir Çəmənzəminli? Bu xronik-roman XX-ci əsrin gözəl, lakin faciəvi tarixi dövrünü göstərir.
    Bookmateadded a book to the bookshelfAtropatenadan Azərbaycan Respublikasına aparan yol8 years ago
    Fərman Kərimzadənin üçüncü kitabı ortaəsrlərdən olmasa da, bir başqa maraqlı dövrünü göstərir. Bu kitabda müəllif böyük xasiyyətlər qalereyası yaradıb. Şadlinski, Xəlil, Şıxəlioğlu, Şabanzadə, Talıbov, Kərbəlayı İsmayıl, Qəmlo kimi obrazları çox diri və eyni zamanda tarixə dəqiq təsvir olunublar.
    Bookmateadded a book to the bookshelfAtropatenadan Azərbaycan Respublikasına aparan yol8 years ago
    Ən qanlı xadisələrdən biri olan Çaldıran döyüşü yazıçıları və tarixçiləri indiyə kimi maraqlandırır. Bu romanda Fərman Kərimzadə döyüşünün tarixi, siyasi və ictimai rolunu göstərir. Siyasət meydanına yenicə gələn Şah İsmayılın vətəni uğrunda apardığı mübarizələr və döyüşlər, dövlət xadiminin mədəniyyətin və sənətin yüksəlməsinə göstərdiyi qayğı, xalqımızın orta əsr məişət tərzi romanın ən əsas motivlərindən biri oldu.
    Bookmateadded a book to the bookshelfAtropatenadan Azərbaycan Respublikasına aparan yol8 years ago
    Bu kitabda tariximiz üçün vacıb və maraqlı dövr təsvir olunur. Bu, XV əsrin axırı XVI əsrin əvvəllərində baş vermiş tarixi hadisələr, Şah İsmayıl Xətainin uşaqlıq və gənclik illəri, hakimiyyət uğrundakı mübarizəsi qələmə alınıb. Birinci Azərbaycan dövlətin yaratma tarixi çox təəcübləndirir.
fb2epub
Drag & drop your files (not more than 5 at once)