1926-cı ildə «Vsemirnıy sledopıt» jurnalında dərc olunmuş «Professor Douelin başı» romanı dərhal oxucuların rəğbətini qazandı. Yazıçının bu ilk irihəcmli əsəri öz dövrü ilə çox gözəl səsləşirdi; çünki bu vaxt alimlər romanda göstərilən, hələlik əfsanə təsiri bağışlayan hadisəylə əlaqədar heyvanlar üzərində elmi tədqiqatlar aparırdılar.