Yalnız tədricən, sağlam düşünərək, yavaş-yavaş anlamağa başlayırsan ki, sənin bədbəxtliyində nə müsəlmanlar, nə yəhudilər, nə də zəncilər və çinlilər günahkar ola bilməz. Onları sevmək, yaxud sevməmək, qəbul etmək və ya etməmək olar, ancaq nifrətə qapılmaq doğru deyil. Yoxsa o nifrət sənin özünü daxildən parçalayıb məhv edər.