Kitaba böyük Azərbaycan şairi İmadəddin Nəsiminin (1369–1417) doğma dilimizdə qələmə aldığı, əsasən ictimai-fəlsəfi məzmunun üstünlük təşkil etdiyi müxtəlif janrlı poetik örnəklər daxil edilmişdir. Bu şeirlərdə humanist ideyalar, xeyirə, ədalətə və kamilliyə çağırış motivləri aparıcı yer tutur.