Söhbət tamam kənar məsələdən düşmüşdü – həqiqi və yalançı kübarlıqdan. Həqiqi kübarlıq – nə bilim, babanın babasının kim olmasından, əsil-nəcabətdən, qandan-filandan asılı deyil... – deyirdi Təhminə. Həqiqi kübarlıq insanın gözü toxluğunda, özünü tutmasında, daxili ləyaqətindədir. Həqiqətən kübar və ziyalı adamı mən addımlarından tanıya bilərəm, insanın necə yeriməsi onun varlığı, mənliyi, insanlığı haqqında çox şey deyir.