bookmate game
tr
Anar

Seçilmiş əsərləri

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
  • Rafael İlhamogluhas quoted3 years ago
    Söhbət tamam kənar məsələdən düşmüşdü – həqiqi və yalançı kübarlıqdan. Həqiqi kübarlıq – nə bilim, babanın babasının kim olmasından, əsil-nəcabətdən, qandan-filandan asılı deyil... – deyirdi Təhminə. Həqiqi kübarlıq insanın gözü toxluğunda, özünü tutmasında, daxili ləyaqətindədir. Həqiqətən kübar və ziyalı adamı mən addımlarından tanıya bilərəm, insanın necə yeriməsi onun varlığı, mənliyi, insanlığı haqqında çox şey deyir.
  • Afet Azerqizihas quoted6 years ago
    ...Yuxuda, iradəsi zəifləyib möhkəm şüur, məntiq buxovları boşalanda Zaur onun, Təhminənin alaqaranlıq istəklərinə tabe olacaqdı.
  • Afet Azerqizihas quoted6 years ago
    Bir dəfə Zaur içmişdi, dedi ki, sən kirpiklərini qaldıranda elə bil bəşəriyyət tarixində yeni bir səhifə açılır...

    ...Yuxuda, iradəsi
  • Afet Azerqizihas quoted6 years ago
    yanına çıxanlardır. Pəncərədən gördüyü yaxşılıqlara qapıdan çıxıb qəhmər dururlar, pislik görəndə yenə qollarını çirməyib davaya girişirlər. Pəncərə, qapı, güzgü
  • Afet Azerqizihas quoted6 years ago
    Deyir bəzi adamlar otaqlarında pəncərələri, qapıları güzgülərlə əvəz eləyir, yəni hara baxır, özünü görür. Belə adamçün yalnız tək bir özü mövcuddur. Onun üçün nə pəncərədən görünən mənzərə var, nə də qapının dalındakı həyat. Ancaq güzgü. Ancaq özü. İkinci qisim adamlar pəncərədən baxır. Pəncərədən dünyanı, həyatı seyr edirlər, seyrçidirlər. Pəncərədən gördükləri yaxşılıqları, pislikləri ancaq kənardan müşahidə edirlər. Və nəhayət, üçüncü qisim adamlar qapını açıb həyata, insanların yanına
  • Afet Azerqizihas quoted6 years ago
    Onda səyyah da deyir ki, bəs mənim də ömrümün axırına az qalıb, bu gün sabah öləcəm, vəsiyyət eləyirəm ki, məni də elə burda basdırın, qəbrimin üstündə də yazın ki, bəs bu adam elə anadan ölü doğulub.
  • Afet Azerqizihas quoted6 years ago
    Qədim bir əfsanəni xatırladı. Deyir, qoca bir səyyah gəlib qürbət ölkəyə çıxır. Qəbiristanlığa gedir. Görür qəbirlərin üstündə adamların yaşları yazılıb. Hamısı da bir yaş, iki yaş, çoxu beş yaş. Özü kimi piranə bir kişiyə rast gəlib soruşur ki, bəs bu nə olan işdir? Sizin camaat hamısı yəni körpə yaşında tələf olub? Qoca deyir ki, xeyir a, məsələ başqadır, məsələ ondadır ki, biz burda həmin bu adamların xoşbəxt yaşadıqları vaxtı yazmışıq. Qalan günlərini, illərini ömürdən saymırıq. Onda səyyah da deyir ki, bəs mənim də ömrümün axırına az qalıb, bu gün
  • b7727313883has quoted6 years ago
    ovqatımıza soğan doğramasa
fb2epub
Drag & drop your files (not more than 5 at once)