İrlandiya baş nazirinin qızı Sesiliya Ahern Avropa məhəbbət romanının yeni ulduzudur. Onun kitabları — superbestsellerləri təxminən əlli dilə tərjümə olunub. Debüt romanı olan «P.S. Mən səni sevirəm» satışa çıxan kimi Britaniya reytinqlərində «Da Vinçi kodu»nu ötdü və Sesiliyaya dünya şöhrəti qazandırdı.
«P.S. Mən səni sevirəm» bestselleri sevginin ölümdən güjlü olması haqqında müasir bir hekayətdir. Sevimli ərini itirən 30 yaşlı Holli Kennedi ümidsizliyə qapılır, evindən çıxmır, hamı ilə əlaqəni kəsir. Və qəfildən içi məktublarla dolu bir bağlama alır: bu məktubları bir-bir, həm də ayda anjaq birini açmaq olar, özü də onları yoxluğundan bu qədər əzab çəkdiyi insan yazıb… Sən demə, ölümündən bir qədər əvvəl o, sevdiyi qadına kömək etmək qərarına gəlib və bu məktubları yazıb. Növbəti məktubu açmaq üçün qadın hər ayın birini böyük səbirsizliklə gözləyir, orda yazılanlara jiddi şəkildə əməl edib onu həyata qaytaran addımlar atır: özünə təzə paltar alır, karaoke müsabiqəsində iştirak edir, dəniz sahilinə tətilə gedir.
Sesiliya Ahernin romanı əsasında Hollivudda Hillari Suonk və Jerard Batlerin iştirakı ilə film çəkilib. Film bütün dünyada ekranları fəth edir.