«Söz yox ki, yeni totalitar rejimlərin köhnə rejimlərə bənzəməyi heç də vacib deyil. Hakimiyyətin dəyənək və güllələnmə, süni aclıqlar, həbslər və kütləvi sürgünlər hesabına idarə olunması nəinki vəhşilikdir (indiki zamanda bu, çox adamı narahat etmir), həmçinin səmərəsizdir – bunu sübut etmək də olar – qabaqcıl texnologiyalar erasında isə səmərəsizlik Tanrı qarşısında böyük günahdır. Sözün əsl mənasında, «səmərəli» totalitar dövlətdə siyasi rəhbərlərin icraçı komitəsi və onun müdirlər ordusu kölə əhalini heç bir şeyə vadar etməzdi, ondan ötrü ki kütlə öz köləliyini sevəcəkdi. Köləliyi ona sevdirmək – çağdaş totalitar dövlətlərdə Maarif və Təbliğat nazirliklərinin, qəzetlərin baş redaktorlarının və məktəb müəllimlərinin başlıca vəzifəsi məhz budur».