99 Frank, Frederik Beqbeder
az
Books
Frederik Beqbeder

99 Frank

Read
Akram Alishov
Akram Alishovhas quoted5 months ago
Hər şey müvəqqətidir: sevgi, incəsənət, Yer planeti, siz, mən. Ölüm elə labüddür ki, o, hər zaman hamını qəfil yaxalayır. Bu günün son gün olmadığını necə bilmək olar? Qarşıda sizi uzun zamanın gözlədiyini düşünürsünüz. Və sonra gözlənilmədən dibə çökürsünüz, zamanınız bitdi. Ölüm qeyd dəftərçənizə yazmadığınız yeganə görüşdür.
Xuraman Memmedova
Xuraman Memmedovahas quoted9 months ago
«Söz yox ki, yeni totalitar rejimlərin köhnə rejimlərə bənzəməyi heç də vacib deyil. Hakimiyyətin dəyənək və güllələnmə, süni aclıqlar, həbslər və kütləvi sürgünlər hesabına idarə olunması nəinki vəhşilikdir (indiki zamanda bu, çox adamı narahat etmir), həmçinin səmərəsizdir – bunu sübut etmək də olar – qabaqcıl texnologiyalar erasında isə səmərəsizlik Tanrı qarşısında böyük günahdır. Sözün əsl mənasında, «səmərəli» totalitar dövlətdə siyasi rəhbərlərin icraçı komitəsi və onun müdirlər ordusu kölə əhalini heç bir şeyə vadar etməzdi, ondan ötrü ki kütlə öz köləliyini sevəcəkdi. Köləliyi ona sevdirmək – çağdaş totalitar dövlətlərdə Maarif və Təbliğat nazirliklərinin, qəzetlərin baş redaktorlarının və məktəb müəllimlərinin başlıca vəzifəsi məhz budur».
Novruz
Novruzhas quoted2 years ago
Sevgi dominoya bənzəyir: yıxılan birinci daşın arxasınca digərləri də yıxılacaq
Elçin Amirov
Elçin Amirovhas quoted4 months ago
Hər şey müvəqqətidir və hər şey satılır. İnsan da digərləri kimi istifadəyə yararlılıq müddəti olan əmtəədir.
Xuraman Memmedova
Xuraman Memmedovahas quoted4 months ago
Bütün tapşırıqları təcrübəçiyə ÖTÜR: elə ki gördün iş uğur qazanır, şöhrəti öz adına çıxarsan; müvəffəqiyyətsizlik astanada durduğu təqdirdə işdən qovulan o olacaq.
Xuraman Memmedova
Xuraman Memmedovahas quoted9 months ago
Bütün bu süni kabusu sən arzulamamısan. Sürətlə hərəkət edə bilməyən bu avtomobilləri də sən istehsal etməmisən (2050-ci ildə planetimizdə 2,5 mlrd. «qutu» olacaq). Lakin sən dünyanı yaxşı tərəfə dəyişmək üçün də əlini ağdan qaraya vurmamısan. Bibliyadakı on əmrdən birində belə deyilir: «Özünə büt seçmə, nə də onların bənzərini... və onlara təzim etmə». Sən isə hamı kimisən, hamı kimi ölümcül günaha bulaşıb, cinayət üstündə yaxalanmısan. İlahi cəza hər kəsə agahdır: o, yaşadığın cəhənnəmdir.
Novruz
Novruzhas quoted2 years ago
yalanın bitdiyi yerdə heç də həmişə həqiqət başlamır. Ayıq olun: bir yalanın arxasında digər yalan gizlənə bilər.
Novruz
Novruzhas quoted2 years ago
Sevginin qırmadığı ürək - ürək deyil.
Novruz
Novruzhas quoted2 years ago
Dünya darıxdırıcı olmadığı bütün hallarda qeyri-realdır.
Novruz
Novruzhas quoted2 years ago
Terri Riçardsonun fotolarındakı Odri Marne
Novruz
Novruzhas quoted2 years ago
Adolf Hitlerin bir kəlamı fikrimdən çıxmırdı: «Əgər kütlənin sevgisini qazanmaq istəyirsinizsə, onlarla ən səfeh və ən kobud sözlərlə danışın».
Novruz
Novruzhas quoted2 years ago
Ölüm qeyd dəftərçənizə yazmadığınız yeganə görüşdür.
Ali Alizada
Ali Alizadahas quoted3 years ago
Varlılarla kasıblar arasındakı fərqi bilirsiniz? Kasıblar «Nike» almaq üçün narkotik satırlar, varlılar isə narkotik almaq üçün «Nike».
Ali Alizada
Ali Alizadahas quoted3 years ago
Nə üçün amerikalılar bütün dünyanı idarə edirlər? Çünki onlar ünsiyyət vasitələrini idarə edirlər
Orxan Aliyev
Orxan Aliyevhas quoted3 years ago
Təcrübəli reklamçı istehlakçılara deyil, Parisdə onu işə ala bilən iyirmi şəxsə müraciət etməlidir (yəni ki, iyirmi reklam agentliyinin bədii direktorlarına). Necə olsa, Kannda və ya A.D.-lər klubunda mükafat qazanmaq müştəriyə bazarda yeni seqment əldə etməyə kömək etməkdən daha əhəmiyyətlidir.
2) Fikrinə gələn ilk ideya ən uğurlusudur, sadəcə, onu sifarişçiyə təqdim etməmişdən qabaq üç həftə gözləmək lazımdır.
3) Reklamçılıq yeganə sənətdir ki, burada işçiyə məhz pis işlədiyinə görə zəhmət haqqı verirlər. Tutalım ki, sən bir dahiyanə layihə təqdim etmisən və sifarişçi onu bəyənmir, layihəni öz bildiyi kimi zay etməyə çalışır, bu vaxt hər şeydən qabaq əməkhaqqını düşün, sonra müştərinin diktəsi ilə otuz saniyəyə əlüstü, başdansovma bir cızma-qara et və Mayamidə və ya Keyptaunda bir həftəlik çəkilişlərə yollanmaq üçün eskizlərə palma ağacları da əlavə etməyi unutma.
4) İclaslara həmişə təyin olunmuş vaxtdan gec gəl. Vaxtında yetişən reklamçıya etibar etmirlər. Səni qırx beş dəqiqədən çox gözləyən adamların əyləşdiyi zala daxil olanda qətiyyən üzr istəmə, əksinə, belə de: «Salam, mən sizə ancaq üç dəqiqə vaxt ayıra bilərəm». Və yaxud da Roland Bartdan bu sitatı gətir: «Biz arzunu deyil, mənanı satırıq» (elə də cəlbedici olmayan digər üsul da var, Reymond Levinin «Eybəcərlik çətin satılır» kəlamı). Müştərilər belə qənaətə gələcəklər ki, sən, həqiqətən də onların çəkdikləri xərclərə layiqsən. Heç vaxt unutma ki, sifarişçilər özləri maraqlı bir ideya tapmağa qadir olmadıqlarından və bundan əziyyət çəkdiklərindən, bizə qəzəbləri tutduqlarından agentliklərə müraciət edirlər. Bu səbəbdən də reklamçılar onlara nifrətlə yanaşmalıdırlar: marka menecerləri paxıl mazoxistlərdir. Bizə alçaltmaq məqsədi ilə pul ödəyirlər.
5) Əgər layihə hazır deyilsə, sözü sonuncu al və digərlərinin söylədiklərini utanıb çəkinmədən təkrarla. İstənilən iclasda haqq sonuncu çıxış edən şəxsin tərəfində olur. Heç vaxt nəzərdən qaçırma ki, toplantının əsas məqsədi digər iştirakçılara quyu qazmaqdır.
Azer Aliyev
Azer Aliyevhas quoted4 years ago
Hər kəsin müqəssir olduğu qapalı cəmiyyətdə
yeganə cinayət ələ keçməkdir. Oğrular dünyasında
yeganə ağır günah axmaqlıqdır
Xuraman Memmedova
Xuraman Memmedovahas quoted4 months ago
Geytsin şəxsi sərvəti Portuqaliyanın dövlət gəlirinə bərabərdir. Klaudiya Şefferin mal-dövləti isə 30 milyon avrodan çox dəyərləndirilib. Dünyada 250 milyon uşaq var ki, saatı bir neçə qəpik-quruşa işləyir.
Xuraman Memmedova
Xuraman Memmedovahas quoted4 months ago
ÖLMƏK – DOĞUŞDAN ƏVVƏLKİ AZADLIĞINA QOVUŞMAQ DEMƏKDİR
Xuraman Memmedova
Xuraman Memmedovahas quoted4 months ago
Başlıcası işini sevənlərin gücünü gələcəyin yolayrıcında qovuşdurmaqdır».
Xuraman Memmedova
Xuraman Memmedovahas quoted4 months ago
Əgər kişilər qadınlara bu qədər ağrı-acı yaşadırlarsa, bunun bir səbəbi var – çünki qadınlar ağlayanda daha da gözəlləşirlər.
fb2epub
Drag & drop your files (not more than 5 at once)