Atamoğlanın anasının pişiklərə xüsusi hörməti, məhəbbəti vardı. Ona görə ki, anası ac pişikləri yedizdirəndə sevinirdi, rahatlaşırdı. Və Atamoğlan bilirdi ki, o pişikləri elə həvəslə yedizdirməklə anası bu dünyadan öz iki balasının ac qaldığı günlərin bir növ qisasını alır.