Məsələ sizin dediyiniz sözdə deyil,
sözü deyərkən necə görünməyinizdədir.
Duzu chox beyendim, bu gederini gözlemirdim, yegane menfi ceheti bu kitab elektron versiya ucun cox da uygun deyil, cunki chap formasinda coxlu tesviredici nümune shekilleri var ama elektron kitabda yoxdu, bu da bir az oxudugca shexsi tesevvüründe jesti ve ya hereketi canlandirmagi cetinlesdirir. Stolüstu kitab ola biler.
Əvvala Hərkəsə Salam, Xoş Oxumalar Çox Düşündürücü Kitabdır Və Öyrədir İnsanları, Mimikaları, Dürüstlüyü, Və Bir Digər Məlumatlar Çox Xoşuma Gəldi Oxumaqı Tövsiyə Edirəm
Normal
cox cox cox cox cox heyıfkı pulnandı arxasını oxuyammadım
Əla kitabdı
Bu kitabı oxumaq mütləq vacibdir. İnsanların, danışmadan nə demək istədiyini bilmək, çox zövqlüdür. Həyat baxışınız mütləq dəyişəcək.
Ərlə arvadın torpağı bir yerdən
götürülüb, yoxsa?
Uzun müddət bir yerdə yaşayan və yaxşı münasibətdə
olan adamlar bir-birinə bənzəməyə başlayırlar. Məsələ
burasındadır ki, bu adamlar daim bir-birini təqlid edir, bir-
birinin mimikalarını o qədər təkrarlayırlar ki, bir müddət
sonra onların üz əzələləri eyni şəkildə formalaşmağa
başlayır. Hətta bir-birinə bənzəməyən cütlük şəkil
çəkdirəndə eyni təbəssümlə baxa, beləliklə oxşar görünə
bilər.
Sietldəki Vaşinqton Universitetindən psixoloq Con
Qotman və onun həmkarları 2000-ci ildə aşkar ediblər ki,cütlüklərdən biri o birinin üzündəki xoşbəxtliyi təqlid
etmirsə, üstəlik, nifrət və həqarəti ifadə edirsə, nikah çox
vaxt uğursuzluqla nəticələnir. Nə baş verdiyini anlamasa
belə, həyat yoldaşının əks hərəkəti gülümsəyən adama yer
eləyir.