Təkcə adamlar repressiyaya uğramırlar…
Repressiya qurbanı olan kitablar da var…
Qurban Səid imzasıyla çap olunmuş, dünya bestsellerinə çevrilmiş “Əli və Nino” romanı neçə illərdir ki, bitib-tükənməyən mübahisələrin mövzusudur.
Əsəri kim qələmə alıb? Lev Nussimbaum, Muhamməd Əsəd bəy, Elfrida fon Ehrenfels, yoxsa Yusif Vəzir Çəmənzəminli?
Yusif Vəzir Çəmənzəminlinin zəngin və faciəli həyatı, Lev Nussimbaum və Muhamməd Əsədin (Muhamməd Əsəd bəyin deyil) ömür yolu, “Əli və Nino” romanının macəralarla dolu taleyi haqqında bu roman-xronika həmin sirri ortaya çıxarmaq yolunda daha bir maraqlı cəhddir.